Azərbaycanda müşahidə olunmayan iqtisadiyyatın ÜDM dəki payı açıqlanıb
Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanda müşahidə olunmayan iqtisadiyyatın ÜDM-də payı 7,7 % təşkil edir.
"Report" xəbər verir ki, bunu Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə nəzarət orqanlarının rolu, vəzifələri və məsuliyyəti” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.
Onun sözlərinə görə, bunun 1,8 %-i kölgə iqtisadiyyatının payına düşür.
"İlk baxışda bu rəqəm kiçik görünə bilər, lakin bu, 3,2 milyard manatlıq məhsul və xidmətin statistikadan kənarda qalması, 2,2 milyard manatlıq əlavə dəyərin isə uçotdan gizlədilməsi deməkdir".
R.Səlimov vurğulayıb ki, ölkə iqtisadiyyatının təxminən 35 %-i neft-qaz sektorunun payına düşür və bu sahədə müşahidə olunmayan iqtisadiyyat faktiki olaraq yoxdur: "Bütün əməliyyatlar şəffaf şəkildə uçota alınır. Bu səbəbdən 7,7 % qeyri-neft sektorunda daha ciddi paya malikdir".
Baxış sayı:98
Bu xəbər 23 May 2025 13:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















