Azərbaycanda nadir tapıntı: Bu dövrə aid imiş...
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Cəlilabad rayonunun Uzuntəpə kəndi ərazisində yerləşən Paşatəpə arxeoloji abidəsində aşkar olunan daş kürə ilə bağlı aparılan elmi araşdırmaların nəticəsi açıqlanıb.
Axar.az-ın Report-a istinadən məlumatına görə, tapıntının elmi təhlili nəticəsində onun keramikasız Neolit dövrünə aid olduğu müəyyənləşdirilib.
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, dosent Vəfa Mahmudova bildirib ki, daş kürə Tokio Universitetinin Muzeyinin direktoru professor Yoşihiro Nişiaki və Azərbaycan-Almaniya beynəlxalq arxeoloji ekspedisiyasının tədqiqatçısı Karolina Hrubi tərəfindən araşdırılıb.
Araşdırmalar zamanı tapıntının tipoloji xüsusiyyətləri nəzərdən keçirilib və onun Levant tipli artefakt olduğu qənaətinə gəlinib.
Mütəxəssislərin əldə etdiyi nəticələr Paşatəpədə aşkarlanan bu daş kürənin Cənubi Qafqaz üçün nadir tapıntı olduğunu da ortaya qoyub. Belə ki, hazırkı məlumata əsasən, artefaktın region ərazisində analoqu müəyyən edilməyib.
Bu nəticə Paşatəpə arxeoloji abidəsinin qədim yaşayış məskənlərinin öyrənilməsi baxımından elmi əhəmiyyətini bir daha göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 23 Avqust 2026 22:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















