Azərbaycanda narkoloji mərkəzlərdə və QİÇSlə Mübarizə Mərkəzində 866 xəstə müalicə alır
Icma.az, Missiya.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Hazırda Azərbaycanda metadonla əvəzedici müalicə proqramı üzrə narkoloji mərkəzlərdə və QİÇS-lə Mübarizə Mərkəzində 866 xəstə müalicə alır
Missiya.Az xəbər verir ki, bu barədə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2024-cü ilin yanvar-oktyabr aylarının yekununa dair məlumatda qeyd olunub.
Bildirilib ki, müvafiq olaraq müalicə alanların sayı Respublika Narkoloji Mərkəzində 331, QİÇS-lə Mübarizə Mərkəzində 386, Sumqayıt Narkoloji Mərkəzində 149 nəfər təşkil edir.
Məlumata görə, Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 74625 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilən 2545 nəfərdən 1635 nəfərinin istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.
"Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən, ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Cari ilin oktyabr ayının sonuna kimi İİV-ə yoluxan Azərbaycan vətəndaşları arasında 58 nəfəri (5,7%-i) inyekson narkotik istifadəçiləri olub", - məlumatda qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 18 Noyabr 2024 12:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















