Icma.az
close
up
RU
Azərbaycanda naziri məhkəməyə verdilər

Azərbaycanda naziri məhkəməyə verdilər

Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

16 may tarixində səhiyyə nazirinin də iştirak etdiyi Milli Məclisin plenar iclasında Səyyad Salahlı (Aran) plastik cərrahlarla bağlı çıxışı zamanı qəbuluna düşən və plastik cərrahın səhlənkarlığı səbəbindən həyatını itirən Səbinə Vəliyevanın ailəsinin müraciətini dilə gətirmiş, bundan sonra nazir Teymur Musayev də məsələ ilə bağlı açıqlama verərək, həmin ailənin onun da qəbulunda olduğunu və S.Vəliyevanın mətbəxdə əməliyyat olduğunu vurğulamışdı. 

News24.az xəbər verir ki, Səbinə Vəliyevanın ailəsi səhiyyə naziri Teymur Musayevi qızının şərəf və ləyaqətini alçaltdığını bildirərək, şikayət ərizəsi ilə məhkəməyə müraciət edib. 

Şikayət onunla əsaslandırılıb ki, səhiyyə naziri 16 may 2025-ci il tarixdə Milli Məclisdə keçirilən plenar iclasda Səbinə Vəliyeva haqqında həqiqətə uyğun olmayan yalan və böhtan xarakterli fikirlər səsləndirib. Şikayətçilər məhkəmədən nazirin Milli Məclisin iclasında və ya ona bərabər tutulan tədbirdə təkzib verilməsi barədə qərar qəbul edilməsini xahiş edib.

Səbinə Vəliyevanın yaxınları məhkəməyə bildiriblər ki, Teymur Musayev yalan olduğunu bilə-bilə mərhum qızı barəsində dedikləri onun ruhuna təhqir və böhtan sayılır. Yalan məlumatları kənar şəxslərin görə, eşidə və ya qavraya biləcəyi formada, qəsdən və qərəzli şəkildə deyib, qızının, onun, habelə ailəsinin şərəf va ləyaqətini qəsdən nalayiq formada alçaldıb və qəsdən böhtan atıb.

Məhkəmə şikayətin heç bir əsası olmadığı qərarını verib. Bildirilib ki, 16 may 2025-ci il tarixdə Milli Məclisin plenar iclasında nazirin çıxışına diqqət yetirdikdə müəyyən olunur ki, həmin sözlər xüsusi ittihamçının nəinki ziyanına, hətta xeyrinə deyilmiş sözlərdir.

İş materiallarına əsasən Ülviyyə İlyasova Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 529 ünvanında xüsusi biliyi və təhsili olmadan qohumu Səbinə Vəliyeva üzərində liposaksiya-piysovurma manipulyasiya və prosedurlarını icra etdikdən sonra sonuncunu özünün yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 16-cı döngə “Şərq” yaşayış massivində yerləşən ünvansız fərdi yaşayış evinə gətirdiyi və S.Vəliyevanın səhhətinin orada ağırlaşaraq vəfat etdiyi müəyyən edilib. /modern

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://news24.az
archiveBu xəbər 03 İyul 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see351

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see295

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see279

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see273

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see270

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see264

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see259

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see253

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see236

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see230

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see220

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see216

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see215

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see213

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see210

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see208

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see203

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see201

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see200

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri