Icma.az
close
up
RU
Azərbaycanda Nimesil in satışı qadağan edilib?

Azərbaycanda Nimesil in satışı qadağan edilib?

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Bəzi xarici kütləvi informasiya vasitələrinin məlumatına görə, ABŞ-də və Avropa ölkələrində "Nimesil" dərman vasitəsi qadağan olunub. Qadağanın səbəbi bu dərmanın yaratdığı çoxsaylı yan təsirlər və fəsadlarla bağlıdır.

Modern.az Sfera.az-a istinadən bu dərman haqqında araşdırmanı təqdim edir:

“Nimesil” dərmanının tərkibindəki nimesulid maddəsi selikli qişanı zədələyir, mədənin divarlarını əridir, toksiklik dərəcəsi yuxarı olduğu üçün qaraciyəri dağıdır, mədədə yanma hissi yaradır, bəzən isə qanaxmaya səbəb olur.Mədə və bağırsağın selikli qişasının zədələnməsi isə iltihab, xora və qanama kimi hallara səbəb ola bilər. Həmçinin uzun müddət istifadə edildikdə qaraciyər və böyrək funksiyalarına mənfi təsir göstərə bilər. Yüksək qan təzyiqi, ürək çatışmazlığı və damar problemləri riskini artıra bilər. Qaşınma, dəri səpgiləri və nadir hallarda anafilaktik şok kimi reaksiyalar yarana bilər. Nəfəs darlığı və asqırma kimi simptomlar müşahidə edilə bilər.

Xüsusilə uşaqlarda və böyrək çatışmazlığı olan şəxslərdə “Nimesil”in istifadəsi tövsiyə edilmir. Uşaqlarda qaraciyər zədələnməsi və mədə-bağırsaq problemləri riski daha yüksəkdir. Uşaqlarda "Nimesil" qəbul edildikdən sonra başgicəllənmə, yuxululuq və digər sinir sistemi pozğunluqları baş verə bilər. Böyüklər bu dərmanı yalnız həkim təyinatı ilə və qısa müddət ərzində qəbul etməlidirlər. Dərmanı qəbul edərkən hər hansı mənfi təsirlər müşahidə olunarsa, dərhal həkimə müraciət etmək vacibdir.

Nimesulid tərkibli dərmanların istifadəsi müxtəlif ölkələrdə fərqli şəkildə tənzimlənir. Bəzi ölkələrdə bu dərmanlar qadağan edilib və ya istifadəsi məhdudlaşdırılıb, digərlərində isə müəyyən şərtlər altında istifadəsinə icazə verilir.

Nimesulid Avstriya, Belçika, Finlandiya, Fransa, Yunanıstan, İrlandiya, İtaliya, Lüksemburq, Portuqaliya və İspaniya kimi ölkələrdə milli səviyyədə təsdiqlənib. Bununla belə, bəzi ölkələrdə qaraciyər zədələnməsi ilə bağlı narahatlıqlar səbəbindən istifadəsi məhdudlaşdırılıb və ya satışı qadağan edilib.

Hindistanda “Nimesil” istifadəsi ilə bağlı narahatlıqlar mövcuddur. Uşaqlarda istifadəsi ilə bağlı xüsusilə ehtiyatlı olmaq tövsiyə edilir və bəzi tibb mütəxəssisləri uşaqlarda istifadəsinin dayandırılmasını təklif edirlər.

İsveçrə, İspaniya, İrlandiya, Finlandiya və ABŞ-də nimesulid tərkibli dərmanlar qaraciyər zədələnməsi və digər ciddi yan təsirlərlə bağlı narahatlıqlar səbəbindən bazardan çıxarılıb və ya istifadəsi qadağan edilib.

Azərbaycanda da populyarlıq qazanan bu dərmana həddindən artıq təlabat var.

Qeyd edək ki, 2016-cı ildə Azərbaycan Səhiyyə Nazirliyi (SN) müxtəlif adda olan 844 seriya nömrəli dərmanların dövriyyəsini qadağan edib. Onların sırasında Berlin-Chemie (Polşa) istehsalı olan “Nimesil 2q №30 bağlama” və “Nimesil 100mq №30 bağlama”, həmçinin, Berlin-Chemie Menarini (Almaniya) istehsalı olan “”Nimesil 2q qranul №30 paket” dərmanları yer alır. Polşa istehsalı olanlar satışda olmasa da, Almaniya istehsalı “Nimesil” dərman vasitəsi hazırda apteklərdə mövcuddur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:343
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Fevral 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri