Icma.az
close
up
RU
Azərbaycanda noutbukları kim və harada istehsal edir?

Azərbaycanda noutbukları kim və harada istehsal edir?

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

“Rəsmi məlumatlara əsasən, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 25 463 ədəd noutbuk istehsal edilib. Təkcə oktyabrda isə 24 033 ədəd noutbuk istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 3 433 dəfə çoxdur”.

"Cebheinfo.az" xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Natiq Cəfərli deyib. 

Ekspert qeyd edir ki, hökumətin rəsmi qurumu bu ilin, yəni 2025-ci ilin yanvar-sentyabr aylarında, ilk 9 ayda cəmi 1 430 noutbuk istehsal olunduğunu deyir: 

"Birdən nəsə baş verib, oktyabr ayında 24 033 ədəd noutbuk istehsal olunub. Qeyd ediblər ki, 2024-cü ilin oktyabr ayında cəmi 7 ədəd noutbuk istehsal edilibmiş, bu ilin oktyabrında isə birdən-birə bu rəqəm 24 033 ədəd olub.

Buradan belə bir sual yaranır. Azərbaycanda oktyabrda yeni müəssisə açılıbmı, haradasa qırmızı lent kəsilibmi? Təbii ki, yox. Bəs bu nə möcüzədir?! Bu noutbukları kim və harada istehsal edir? Yoxsa bu sahə də avtomobil kimidir, hansısa ağıllı, Çindən noutbukun korpusunu, batareykasını ayrı gətirib, burada birləşdirib adını istehsal qoyub?!

Məntiqlə, oktyabrda 24 033 ədəd kompüter istehsal edilibsə, bu sahədə onlarla yeni iş yeri yaranmalı, yeni müəssisələr açılmalı idi, axtarın və görün belə bir məlumat qarşınıza çıxacaqmı?! 

Azərbaycanda “vintaçanla istehsal modeli” çoxdan var, sadəcə bu noutbuk işində "barıtını" çox ediblər, ya da, kaş ki, mən yanılım, çıxsınlar desinlər ki, səhv edirsiz, bu istehsaldı, özümüz komponentlər istehsal edirik, çip düzəldirik, zavodumuz bu, işçi sayımız bu qədərdir.

Zamanında Azərbaycanda kompüter istehsalı ilə məşğul olan Mingəçevir “Kür” Elektron Avadanlıqları İstehsalı müəssisə vardı, Son məlumata görə, orada istehsal artıq çoxdan dayanmışdı, cəmi 2 işçi qalmışdı, onlardan da biri qarovulçu idi.

Çox güman, elə həmin qarovulçu vintaçanla da işləməyi bacaran olub, korpusa batareykaları bağlayıb, digər işçi də də onları qutulara yığıb, adını da qoyublar İSTEHSAL...

“Keçmişdə “Kür” Elektron Avadanlıqları İstehsalı müəssisəsinin 100-dən artıq işçisi olub, hazırda isə işçilərin sayı 2-yə bərabərdir. Müəssisə bağlanmayıb, yalnız istehsal dayanıb. 

Müəssisə 2018-ci ildə özəlləşdirilib. Yeni sahibi hələ ki, fəaliyyəti bərpa etməyib”, - deyə müəssisənin keçmiş direktoru Rizvan Osmanov bir neçə il əvvəl mətbuata verdiyi açıqlamasında bildirib".

Nigar
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Noyabr 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see289

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see284

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see275

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see262

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see255

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see250

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see237

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see226

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see219

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see211

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see208

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see207

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see206

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see203

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see196

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see190

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see189

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see173

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see170

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri