Azərbaycanda ödənişli xidmətlərin ümumi dəyəri 9 faiz artıb
525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu ilin yanvar-sentaybr aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 10 milyard 563,1 milyon manat olub.
525.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 9,1 % çoxdur.
9 ayda hüquqi şəxslər əhaliyə 7 milyard 942,9 milyon manatlıq xidmət göstərib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,2 %-ni təşkil edib.
Hesabat dövründə hər bir ölkə sakini orta hesabla 1 031,6 manatlıq və yaxud ötən ilin 9 ayına nisbətən nominal ifadədə 142,3 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 9 % dən çox artıb
20 Mart 2025 17:31
Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 9 % ə yaxın artıb
24 Fevral 2025 16:54
Azərbaycanda ödənişli xidmətlərin dəyəri artıb
13 Sentyabr 2025 09:47
Əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 9 % dən çox artıb
19 Aprel 2025 13:21
Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 9%ə yaxın artıb
25 Dekabr 2024 10:55

