“Azərbaycanda olan Rusiya vətəndaşları təxribatlardan qorxmamalıdırlar”
Icma.az, Missiya.az portalına istinadən məlumat yayır.
“Azərbaycanda olan Rusiya vətəndaşları təxribatlardan qorxmamalıdırlar, lakin nəsə baş verərsə, dərhal Rusiya Xarici İşlər Nazirliyinə müraciət etməlidirlər”.
Missiya.Az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Svetlana Jurova deyib.
"Əgər siz hər şeyi qanuni şəkildə edirsinizsə, o zaman hansı sualları verirsiniz? Mən bilmirəm, əgər onlar layiqli, normal insanlardırsa, niyə onlara qarşı hər hansı təxribat olmalıdır", - deyə siyasətçi vurğulayıb.
Jurova eyni zamanda onlara daha diqqətli olmağı tövsiyə edib.
"Bizim jurnalistləri onlar indi nədə ittiham edəcəklər? Düşünürəm ki, dövlət səviyyəsində çox ciddi qarşıdurmalar olacaq", - deyə deputat əlavə edib.
Daşqın Həsənov
Missiya.Az

Rusiya vətəndaşları Azərbaycanda bu qədər qala biləcək QƏRAR
29 Dekabr 2024 19:06
Rusiya vətəndaşları Azərbaycanda müvəqqəti olma müddətini elektron kalkulyatorla yoxlaya biləcəklər
14 Fevral 2025 13:17
Beynəlxalq axtarışda olan Türkiyə və Tacikistan vətəndaşları Azərbaycanda TUTULDU
28 İyul 2025 13:18
Beynəlxalq axtarışa verilmiş Özbəkistan vətəndaşları Azərbaycanda saxlanılıblar
28 Noyabr 2024 19:06

