Azərbaycanda ölkə yayımında YENİ TELEKANAL Test yayımına başlanıldı
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Naxçıvan TV" ölkə ərazisində peyk və kabel televiziyalarında rəqəmsal yayıma başlamaq üçün hazırlıq görür.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, artıq televiziyanın test yayımına da başlanılıb.
Qeyd edək ki, "Naxçıvan TV"yə peyk yayımı həyata keçirən platforma yayımçısı lisenziyası verilib.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli 1844 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının (qurumlarının) Siyahısı"nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 avqust 2024-cü il tarixli Fərmanı ilə əlaqədar "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin Audiovizual Şuraya müraciəti müzakirə olunub. Şuranın qəbul etdiyi müvafiq qərarlara əsasən "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" QSC-yə regional yerüstü televiziya yayımçısı (kanalın adı: "Naxçıvan TV") lisenziyası və regional yerüstü radio yayımçısı (kanalın adı: "Naxçıvan Radiosu") lisenziyası verilib. Həmçinin, regional yerüstü televiziya yayımını həyata keçirmək şərti ilə "Naxçıvan TV"yə peyk yayımı həyata keçirən platforma yayımçısı lisenziyasının da verilməsi haqqında qərar qəbul olunub.
Baxış sayı:103
Bu xəbər 02 May 2025 13:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















