Azərbaycanda on ayda sosial sahə üzrə 538 min elektron arayış verilib
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 24 noyabr, AZƏRTAC
Bu ilin yanvar-oktyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 538 min elektron arayış verilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, son illər əmək, məşğulluq, sosial təminat, əlillik, reabilitasiya və s. sahələr üzrə geniş elektronlaşma proqramı çərçivəsində bir çox elektron arayış xidmətləri yaradılıb.
Həmin elektron xidmətlər vətəndaşlara iş yeri, əlillik, pensiya, müavinət, təqaüd, maddi yardım, ünvanlı yardım, dövlət tərəfindən mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə elektron qaydada arayış əldə etməyə imkan yaradır.
Bu mövzuda digər xəbərlər:On ayda sosial sahə üzrə 307 min elektron arayış verilib AZƏRTAC
28 Noyabr 2024 12:19
On bir ayda sosial sahə üzrə 349 min elektron arayış verilib AZƏRTAC
21 Dekabr 2024 11:44
Son iki ayda sosial sahə üzrə 113 min elektron arayış verilib
25 Mart 2025 18:44
Son beş ayda sosial sahə üzrə 260 min elektron arayış verilib
26 İyun 2025 13:30
Birinci rübdə sosial sahə üzrə 147 min elektron arayış verilib
19 Aprel 2025 11:45
Baxış sayı:90
Bu xəbər 24 Noyabr 2025 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















