Icma.az
close
up
RU
Azərbaycanda onlayn alış veriş məhdudlaşdırılır? Gömrükdən qalmaqallı bəyanat

Azərbaycanda onlayn alış veriş məhdudlaşdırılır? Gömrükdən qalmaqallı bəyanat

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Hökumət taksi xidmətinə çoxsaylı müdaxilələrlə, tənzimləmə qaydaları gətirməklə qiymətləri artırdı – taksi xidməti devalvasiyadan sonra qiyməti ucuzlaşan yeganə sahə idi, çünki, rəqabət vardı.  İndi də online ticarətin üzərinə getmək istəyirlər, xaricdən sifarişlərin artmasından, insanların daha ucuz və keyfiyyətli malları internet üzərindən almağa öydəndiyindən narahatdılar”.

Globalinfo.az xəbər verir ki, bunu REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli deyib.

İqtisadçının sözlərinə görə, onlayn ticarətlə bağlı səsləndirilən açıqlamaların məqsədi başqadır:

“Bu gün Dövlət Gömrük Komitəsinin sədr müavini Güloğlan Muradlı deyib: “Elektron ticarətin genişlənməsi hüquqpozma sayını artırır”.

Güloğlan müəllim, nədir bu hüquqpozma? Kimin hüquqları pozulur? 21-ci əsrdə yaşayırıq, online sifarişlər, elektron ticarət dövrüdür, indi Siz kimin mənafeyini qoruyursunuz – əhalinin, ya şəhərin mərkəzindəki ənənəvi ticarətlə məşğul olan, əsasən də məmurlara məxsus mağazaların, ticarət mərkəzlərinin?!

Ənənəvi ticarət online ticarətə dünyanın hər yerində uduzur – bu normaldır, belə də olmalıdır. Əhali razı, sifarişlər şəffaf, burada hüquqpozma halları necə olur?! Camaat təzə öyrənib, cibinə qənaət edib əyninə ucuz paltar alır, niyə bunu da çox görmək istəyirsiniz ki?! Müdaxilə və tənzimləməyə əsas yaradırlar, istəyirlər ki, online sifarişlərin də qiyməti qalxsın ki, ənənəvi dükanlar ayaqda qalsın.


Natiq Cəfərli

Ənənəvi ticarət özü yeni qaydalara keçməli, rəqabətli mühitdə fəaliyyət göstərməyi öyrənməlidir.

Çox güman, iri məmurlar hansısa məclisdə görüşüb söhbət edəndə deyirlər ki, belə olmaz, alverimiz ölüb, mərkəzdə-mərkəzə yaxın yerlərdə obyektlərimiz boşalır, mağazalar bağlanır, nə icarədən qazana bilirik, nə satışdan – gəlin bu online ticarətə qarşı bir tədbirlər görək. Belə olmasaydı, son bir ildə internet üzərindən sifarişlərin çatdırılma və digər xərcləri artmaz, qiymətlər bahalaşmazdı, xaricdən sifarişlərə qiymət (həcm) məhdudiyyətləri qoyulmazdı.

Bu sahədə qiyməti qaldıran nə istehsalçıdır, nə də mal çatdıran – qiymət Azərbaycanda tədbiq edilən tariflərə, sərtləşdirilən tənzimləmə qaydalarına görə qalxır…”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 Fevral 2026 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see378

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see343

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see297

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see273

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see270

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see261

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see250

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see243

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see242

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see229

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see221

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see220

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see216

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see213

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see212

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see208

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see208

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see202

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see202

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri