Icma.az
close
up
RU
Azərbaycanda orqanlarını satanı hansı cəza gözləyir?

Azərbaycanda orqanlarını satanı hansı cəza gözləyir?

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Transplantasiya sahəsinin birbaşa insan həyat və sağlamlığı ilə bağlı olması burada baş verə biləcək qanun pozuntularının da ciddi şəkildə cəzalandırılmasını tələb edir".

Səhiyyə Nazirliyi Hüquq şöbəsinin böyük məsləhətçisi İntiqam Hacıyev bu barədə danışıb.

Ölkəmizdə orqanların "qara bazar"ının formalaşmaması üçün bu sahədəki qanun pozuntularına görə ağır cəzalar nəzərdə tutulub:

"Eləcə də, digər böyük ictimai təhlükə törətməyən əməllər isə inzibati xəta hesab olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 137-ci maddəsinə əsasən insan orqanlarının alqı-satqısı, dövlətin müəyyən etdiyi siyahıda olmayan tibb müəssisələrində və ümumiyyətlə tibb müəssisələrindən kənarda donor orqanların götürülməsi və ya transplantasiyasının həyata keçirilməsi, şəxsin razılığı olmadan transplantasiya məqsədilə donor orqanının götürülməsi və ya eyni məqsədlə şəxsi donor orqanının götürülməsinə məcburetmə, eləcə də qanunla qadağan olunan şəxslərdən transplantasiya məqsədilə donor orqanın götürülməsi əməlləri üçün cinayət məsuliyyəti nəzərdə tutulub

Bu əməlləri törətmiş şəxsləri bir çox alternativ cəzalarla birlikdə maksimum 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir".

İ.Hacıyev qeyd edib ki, bundan başqa, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 162-1-ci maddəsinə əsasən, dövlətin təsdiq etdiyi siyahıya daxil olmayan tibb müəssisələri və digər şəxslər tərəfindən donor orqanların hazırlanması, saxlanması, daşınması, idxalı və ixracı, resipiyentin və ya donorun anonimliyinin qorunmaması, canlı donordan orqanların götürülməsi zamanı qanununda nəzərdə tutulmuş tələblərə əməl olunmaması, canlı donor tərəfindən özünün zərərli vərdişləri və ona məlum olan xəstəlikləri barədə məlumat verilməməsi, habelə şəxsin ölümdən sonra orqanlarının transplantasiya məqsədilə götürülməsinə razılıq və ya bundan imtina barədə məlumatların yayılması inzibati xəta hesab olunur və müxtəlif məbləğlərdə olmaqla maksimum 10 min manatadək cərimə nəzərdə tutulur.(medicina.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Noyabr 2024 20:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see545

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see406

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see298

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see293

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see287

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see279

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see269

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see268

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see256

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see247

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see235

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see228

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see221

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see201

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see192

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see185

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see184

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see183

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see174

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri