Icma.az
close
up
RU
Azərbaycanda orqanlarını satanı hansı cəza gözləyir?

Azərbaycanda orqanlarını satanı hansı cəza gözləyir?

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Transplantasiya sahəsinin birbaşa insan həyat və sağlamlığı ilə bağlı olması burada baş verə biləcək qanun pozuntularının da ciddi şəkildə cəzalandırılmasını tələb edir".

Ölkə.az "Medicina"a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi Hüquq şöbəsinin böyük məsləhətçisi İntiqam Hacıyev bu barədə danışıb.

Ölkəmizdə orqanların "qara bazar"ının formalaşmaması üçün bu sahədəki qanun pozuntularına görə ağır cəzalar nəzərdə tutulub:

"Eləcə də, digər böyük ictimai təhlükə törətməyən əməllər isə inzibati xəta hesab olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 137-ci maddəsinə əsasən insan orqanlarının alqı-satqısı, dövlətin müəyyən etdiyi siyahıda olmayan tibb müəssisələrində və ümumiyyətlə tibb müəssisələrindən kənarda donor orqanların götürülməsi və ya transplantasiyasının həyata keçirilməsi, şəxsin razılığı olmadan transplantasiya məqsədilə donor orqanının götürülməsi və ya eyni məqsədlə şəxsi donor orqanının götürülməsinə məcburetmə, eləcə də qanunla qadağan olunan şəxslərdən transplantasiya məqsədilə donor orqanın götürülməsi əməlləri üçün cinayət məsuliyyəti nəzərdə tutulub

Bu əməlləri törətmiş şəxsləri bir çox alternativ cəzalarla birlikdə maksimum 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir".

İ.Hacıyev qeyd edib ki, bundan başqa, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 162-1-ci maddəsinə əsasən, dövlətin təsdiq etdiyi siyahıya daxil olmayan tibb müəssisələri və digər şəxslər tərəfindən donor orqanların hazırlanması, saxlanması, daşınması, idxalı və ixracı, resipiyentin və ya donorun anonimliyinin qorunmaması, canlı donordan orqanların götürülməsi zamanı qanununda nəzərdə tutulmuş tələblərə əməl olunmaması, canlı donor tərəfindən özünün zərərli vərdişləri və ona məlum olan xəstəlikləri barədə məlumat verilməməsi, habelə şəxsin ölümdən sonra orqanlarının transplantasiya məqsədilə götürülməsinə razılıq və ya bundan imtina barədə məlumatların yayılması inzibati xəta hesab olunur və müxtəlif məbləğlərdə olmaqla maksimum 10 min manatadək cərimə nəzərdə tutulur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://olke.az
archiveBu xəbər 10 Noyabr 2024 20:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see315

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see279

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see270

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see269

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see261

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see255

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see250

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see237

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see225

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see224

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see219

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see217

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see206

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see194

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see191

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see190

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see180

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see179

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see178

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri