Icma.az
close
up
RU
Azərbaycanda ortaya çıxan bu mahnılar heyrətləndirdi Müğənnilərdən reaksiya

Azərbaycanda ortaya çıxan bu mahnılar heyrətləndirdi Müğənnilərdən reaksiya

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Son günlər “TikTok” platformasında AI (süni intellekt) ilə səsləndirilən mahnılar sürətlə populyarlaşır. Maraqlısı odur ki, artıq istifadəçilərin çoxu bu cür ifaların daha maraqlı və keyfiyyətli olduğunu düşünür. Bu isə istər-istəməz müğənnilərin fəaliyyətini sual altına alır.

Hazırkı vəziyyət müğənnilərdə qorxu yaradırmı? Onlar işini itirə bilərmi?

Globalinfo.az-a danışan Əməkdar artist, müğənni Firuzə İbadova deyib ki, süni intellekt sənətçinin yerini heç vaxt tuta bilməz:

Firuzə İbadova

Tarix boyu sənətkarlar olub, bu gün də var və gələcəkdə də olacaq. Süni texnologiyalar müvəqqətidir, hər ay yeni bir vasitə, süni səs və ya vizual effekt yaradılır. İnsanlar özlərini necə süni şəkildə dəyişirlərsə, səsləri də həmin üsullarla formalaşdırırlar. Lakin bu, əsl sənətin yerini tuta bilməz. Həqiqi sənətkarın səsini əvəz etmək olmaz. Onlar hər yaşda öz dəyərini qoruyur. Burada bir məqam da var: populyarlıqla sənətkarlıq eyni şey deyil. Məşhur olmaq bir anlayışdır, sənətkarlıq isə tamam başqa şeydir. Əsl sənətkarlar heç nə ilə müqayisə edilə bilməz. “Süni” sözünün mənası belə “eybəcərlik”, “saxtalıq” çağırışları edir. Rəşid Behbudov, Şövkət Ələkbərova, Müslüm Maqomayev, Bülbül, Xan Şuşinski kimi dahilər bizim sənət sərvətimizdir”.

Müğənni Vüqar Muradov (Bariton) bildirib ki, süni yaradılan heç bir şey orginallığı üstələyə bilməz:

Vüqar Muradov

“Bu cür şeylər müvəqqətidir və heç vaxt əsl ifanı, real sənəti əvəz etmir. Süni intellekt nə toyu idarə edə, nə də canlı konsert verə bilər. “Yutub” və ya sosial şəbəkələrdə musiqinin sözləri kiməsə xoş gələ və dinləyici toplaya bilər, lakin süni intellekt heç vaxt tamaşaçının qarşısında canlı ifa edə bilməz. Sənətkarın səsini, sənətini əlindən almaq mümkün deyil. Səsini süni intellekt vasitəsilə düzəldib oxuyanlar var, amma onlar adətən qısa müddətlik populyarlıq qazanır və kiçik məkanlarda aşağı qonorarlarla çıxış edirlər. Söhbət isə həqiqi musiqidən, real tamaşaçı və canlı performansdan gedir. Tamaşaçı qarşısına çıxmaq yalnız canlı səs və peşəkar ifa ilə mümkündür”.

“ITStation” şirkətinin texnologiya direktoru Eşqin Nuruşov qeyd edib ki, AI mahnı və səs yarada bilər, amma insanın yaşadıqlarını, hisslərini əks etdirmək gücündə deyil:

Eşqin Nuruşov

“Musiqi təkcə notlardan ibarət deyil, orada sənətçinin həyatı, emosiyası, səhnə enerjisi var. Təbii ki, AI bunları yarada bilmir. Bəzi sahələrdə, xüsusilə sürətli istehsal tələb olunan layihələrdə süni intellekt daha ucuz və tez nəticə verdiyi üçün rəqabətin olması mümkündür. Fikrimcə bu, canlı performansları, səhnə ifasını və sənətçinin özünəməxsus aurasını heç vaxt əvəz edə bilməz. AI-dan qaçmaq yox, ondan yararlanmaq lazımdır. Məsələn, səsin fərqli versiyalarını yaratmaq, mahnının demo variantını tez hazırlamaq olar. Bu, sənətçiyə həm vaxt, həm də yaradıcılıq azadlığı verir”.

Ləman İmran
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 Dekabr 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see488

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see163

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see137

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see133

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see132

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see131

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see130

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see130

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see128

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see124

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri