Icma.az
close
up
RU
Azərbaycanda ötən il ən çox satılan KİTABLAR SİYAHI

Azərbaycanda ötən il ən çox satılan KİTABLAR SİYAHI

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kitablar bir cəmiyyətin intellektual səviyyəsini və maraqlarını əks etdirən ən vacib göstəricilərdən biridir. Ölkəmizdə hər il yüzlərlə yeni nəşr işıq üzü görsə də, oxucuların diqqətini cəlb edən, satış rekordları qıran və müzakirələrə səbəb olan kitablar hər zaman məhdud sayda olur. Bu kitablar bəzən cəmiyyətin sosial problemlərinə güzgü tutur, bəzən fərdi inkişaf üçün motivasiya mənbəyinə çevrilir, bəzən də oxucunu real həyatın qayğılarından uzaqlaşdıraraq tamamilə fərqli dünyalara aparır.


Modern.az ölkəmizdə ilin ən çox satılan kitablarını müəyyənləşdirmək, eyni zamanda oxucu zövqü haqqında fikir formalaşdırmaq üçün nəşriyyatlar arasında sorğu keçirdib.


Nəticələr göstərdi ki, son bir ildə oxucuların seçimlərində müxtəlif tendensiyalar müşahidə olunur. Ədəbi klassiklərin yenidən populyarlıq qazanması, psixoloji və motivasiya kitablarına olan marağın artması, həmçinin yerli müəlliflərin kitablarına diqqətin yüksəlməsi diqqət çəkən əsas məqamlardır.


“Teaspress” və “3alma” nəşriyyatlarının mətbuat katibi Sərxan Rüstəmov sorğumuza cavab olaraq bildirib ki, bütün mövzu və janrlarda kitablar nəşr edilir. Bura dünya klassikləri, iqtisadiyyat, biznes, şəxsi inkişaf, detektiv, romanlar, uşaqlar üçün dünya ədəbiyyat seriyamız və valideynlər üçün də kitablar daxildir. Eyni zamanda həm Azərbaycan klassiklərinin, həm də müasir yazıçılarımızın kitabları çap olunur.


Nəşriyyatdan o da bildirilib ki, ən çox satılan kitablar dünya klassikləri, biznes, şəxsi inkişaf və detektiv janrında olan kitablardır. 


“Kitabları nəşr edərkən oxucularımızın zövqlərini nəzərə alırıq, oxuculardan gələn istəklər, nəşr etdiyimiz kitablara olan rəğbətlərini və reaksiyalarını nəzərə alaraq yeni kitablar nəşr edirik. Həmçinin dünyaca məşhur bestsellerlər də çap edirik, eyni zamanda töhfə xarakterli kitablar da nəşr edirik. 
İndiyədək bizim 1000-dən çox kitabımız nəşr olunub ki, bunların içində də istənilən mövzuda, istənilən səpkidə kitablar var”- deyə S.Rüstəmov sonda bildirib.


“Teaspress” nəşriyyatının 2024-cü ildə ən çox satılan kitabları.


1.    Hektor Qarsiya və Fransesk Mirales – İkiqay
2.    Rayan Holidey və Stiven Hanselman – Stoikin gündəliyi
3.    Lev Tolstoy – Anna Karenina
4.    Corc Orvel – 1984
5.    Luiza Hey – 21 günə həyatını dəyiş
6.    Luiza Hey – Sən həyatını yaxşılaşdıra bilərsən
7.    Elxan Elatlı – Ölümsüz qətl
8.    Cek London – Martin İden
9.    Aysel Şıxlı – Qanadsız mələk
10.     Con Qordon -  Şikatətlənməmək qaydası

“3alma” uşaq nəşriyyatının keçən il ən çox satılan kitabları


1.    Antuan de Sent-Ekzüperi – Balaca Şahzadə
2.    Erik Mative – Bəs niyə səma mavidir?
3.    Murad Aksoy – Futbol ulduzları – Ronaldo
4.    Murad Aktoy – Futbol ulduzları – Messi
5.    Luis Kerol – Alisa möcüzələr aləmində
6.    Aysel Şıxlı – Arzuların səyahətində
7.    Fremsis Böruet – Sirli bağ
8.    Reyhan Yusifqızı – Diribaş qızlar kulubu
9.    Pitter Pen
10.    Mürşüd İsmayılzadə - Əjdaha qardaşlığı ya da daşı


“Kitabçı” nəşriyyatından saytımıza verilən məlumata görə il ərzində ən çox satılan kitablar Fəxrəddin Qasımoğlunun kitabları olub. Bura “Ruh”, “Son gecə”, “On ikiyə işləmiş”, “İkibaşlı əjdaha” Elxan Elatlının “ Ölümsüz qatil”, eyni zamanda “Praktik biznes” və Kamal Hüseynzadənin “Darıxır” kitabı nəşriyyatda ən çox diqqət görən kitablar olub.


Nəşriyyatdan o da bildirilib ki, kitab çap edərkən oxucuların üstünlük verdiyi yazarlara və janrlar nəzərə alınır. 

Mimta yayınlarından isə bildirilib ki, alıcılar daha çox bədii-kütləvi, psixoloji janrlara və uşaq nəşrlərinə üstünlük verirlər.


Mimta nəşriyyatının 2024-cü il üçün ən çox çap etdiyi kitablar:


1. İnsanı yaşadan nədir (L.Tolstoy)
2. ⁠Kapsul (Ə.Sultan)
3. ⁠İradə tərbiyəsi (J.Peyo)
4. ⁠Hazırsanmı? (D.Cüceloğlu)
5. ⁠Babil yanarkən (Yunus Şen)
6. ⁠Eşqin izi ilə (İ.Qədirova)
7. ⁠Heyvanlar nə danışır (Ə.Sultan)
8. ⁠Qu quşu (L.Tolstoy)
9. ⁠Nağıllar (Jan Lafonten)
10. ⁠Dünya nağılları - 1-ci hissə

Nəşriyyatın direktoru Əsəd Aslanoğlu vurğulayıb ki, yeni kitab nəşr edərkən oxucularınızın zövqlərini nəzərə almaqla yanaşı, daha çox oxucuda zövq formalaşdırmağı hədəfləyirik.


Sorğumuzda iştirak edən Xan nəşriyyatından bildirilib ki, bu siyahı kitab bazarının mövsümlərinə görə həmişə dəyişkən olur. Amma bütün siyahılarda seçilən və daimi maraq görən kitablar da var. Təxmini sıralama belədir:


1. Dilbər Axundzadə – “Müşfiqli günlər” (“Xatirə ədəbiyyatı” seriyası)
2. Salam Qədirzadə – “46 bənövşə” (“Milli ədəbiyyat” seriyası)
3. Əzizə Cəfərzadə – “Bakı-1501” (“Milli ədəbiyyat” seriyası)
4. Co Novarro, Marvin Kallins – “Bədən dili” (“Şəxsi inkişaf” seriyası)
5. Asəf Zamanov, Hökumə Əliyeva – “Özünü tanı. Psoxoloji testlər” (“Şəxsi inkişaf” seriyası)
6. Cəmşid Əmirov – “Brilyant məsələsi” (“Detektiv” seriyası)
7. Həsən Seyidbəyli – “Cəbhədən cəbhəyə” (“Detektiv” seriyası)
8. Artur Konan Doyl – “Şerlok Holmsun macəraları” 8 kitab (“Detektiv” seriyası)
9. Elay – “Kolleksioner” (“Biz” seriyası)
10. Varis – “Son məktub” (“Biz” seriyası)

Nəşriyyatın direktoru Səbuhi Şahmursoy sonda qeyd edib ki, müraciət etdiyin auditoriyanın zövqünü nəzərə almaq işin böyük hissəsidir. Bunun üçün dərin bazar araşdırması lazım gəlir. Oxucuların başqa dillərdən əsasən hansı kitablar oxuduğu ilə maraqlanırıq. İllik planlarımızda bu janr və kitabları nəzərə almağa çalışırıq. Amma ümumi planda, əlbəttə ki, dünyada müasir kitab tendensiyası da nəzərə alınır. Dünya üzrə bestsellerlər, mükafat almış keyfiyyətli ədəbiyyat nümunələri, yerli yazıçıların yeni və artıq oxucu rəğbəti qazanmış əsərləri də diqqət mərkəzimizdə olur. Amma bütün sahələrdə olduğu kimi, cari prioritetlərimiz dövrün tələbinə görə elastikdir.

Hədəf nəşriyyatındən bizə verilən məlumata görə bu nəşriyyatın əsas auditoriyası məktəbəqədər, şagird və abituriyentlərdir. “Oxucularımız daha çox buraxılış və qəbul imtahanlarına hazırlıq üçün dərs vəsaitlərinə, test toplularına və müəllimlər üçün metodik materiallara üstünlük verirlər. Eyni zamanda məktəbəqədər uşaqlar üçün maarifləndirici kitablarımız da böyük maraq görür”.

 Nəşriyyatın 2024-cü ildə ən çox satılan 10 kitabının siyahısı:
1. Azərbaycan dilini öyrənirəm
2. Biologiya test toplusu
3. Azərbaycan dili vəsaiti4.  Azərbaycan dili buraxılış 2100 test 9-cu sinif
5. Riyaziyyat 9-cu sinif buraxılış testlər
6. Azərbaycan dili vəsaiti7.  İngilis dili test tapşırıqları 
8. Oxuyaq-Yazaq
9. Kodlama oyunları
10. Diqqəti gücləndirmə dəsti

“Yeni nəşrlərimizi hazırlayarkən oxucularımızın ehtiyaclarını və tələblərini əsas götürürük. Xüsusilə buraxılış və qəbul imtahanlarına hazırlıq vəsaitlərini müasir təhsil proqramına uyğun şəkildə tərtib edirik. Eyni zamanda xarici nəşriyyatları da araşdıraraq şagirdlər üçün faydalı və keyfiyyətli tədris materialları təqdim etməyə çalışırıq”- deyə sonda nəşriyyatdan bildirilib. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:390
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Mart 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see413

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see369

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see336

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see328

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see288

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see278

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see243

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see233

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see220

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see210

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see207

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see206

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see205

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see194

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see189

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see184

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see176

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see169

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see163

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri