Azərbaycanda payız yay havasına döndü
Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu il oktyabr ayı isti keçir. Ötən 21 gündə Bakı və Abşeron yarımadasında orta temperatur +23-25 dərəcə olub. Ayın 18-də isə Bakıda 30 dərəcə isti qeydə alınıb, halbuki oktyabr ayı üçün aylıq iqlim norması +16.1 dərəcədir.
Havaların yağıntısız və isti keçməsi kənd təsərrüfatı üçün əlverişli şərait yaradır.
Xüsusilə payızlıq əkinlər üçün belə havalar çox arzuolunandır.
Mənzil təsərrüfatı üçün də belə hava əlverişlidir. Çünki havalar yağıntılı və soyuq keçəndə istilik sistemləri daha tez işə salınır. İndiki halda hələ buna ehtiyac yoxdur. Lakin bəzi insanlar havanın belə isti keçməsindən narahatlıq keçirirlər. Anomal havanın hansısa fəsadlar törədə biləcəyindən ehtiyatlanırlar.
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı bizim.media-ya danışan ekoloq Qorxmaz İbrahimli deyib ki, oktyabr ayında belə havanın müşahidə olunması Azərbaycan, xüsusilə də Bakı və Abşeron yarımadası üçün xarakterikdir:
"Adətən bu ayda cənubdan isti hava kütlələri daxil olur və payız havasına bir qədər istilik, mülayimlik qatır. Ona görə də gündüzlər hava bəzən çox isti olanda insanlar narahat olurlar ki, bu, iyun havasına bənzəyir. Əslində, payızın belə keçməsi çox gözəldir. Ona görə narahat olmağa dəyməz.
Axşamlar onsuz da soyuq olur, gecələr hava xeyli sərinləyir. Tarixə nəzər salsaq, oktyabr ayı əsasən isti keçir. Sadəcə, insanları narahat edən məsələ iqlim dəyişikliklərinin geniş təbliğ olunmasıdır. İqlim dəyişiklikləri Yer kürəsi yaranandan bəri baş verir. Ona görə də narahatlığa əsas yoxdur".
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 22 Oktyabr 2026 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















