Icma.az
close
up
RU
Azərbaycanda pensiya kapitalından istifadə mümkün olacaq? AÇIQLAMA KONKRET

Azərbaycanda pensiya kapitalından istifadə mümkün olacaq? AÇIQLAMA KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Milli Məclisin komitə və plenar iclaslarında mütəmadi olaraq, pensiya sistemi daxil olmaqla, sosial sfera ilə bağlı təkliflərimizi təqdim edirik. O təkliflərin bir qismi artıq qanunvericilikdə, beynəlxalq qaydalarda öz əksini tapıb, o cümlədən, işsizlikdən sığorta ilə bağlı qaydaların dəyişdirilməsi və ünvanlı sosial yardım kimi aktiv proqramlarla bağlı bizim əvvəlki dövrlərdə təqdim etdiyimiz təkliflərin bir qismi artıq qanunvericilikdə yer alıb.

KONKRET.az xəbər verir ki, bu barədə Trend-in suallarını cavablayarkən Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyib.

O qeyd edib ki, pensiya kapitalı ilə bağlı təkliflər beynəlxalq praktikaya əsaslanır.

“Bununla bağlı biz Sinqapur da daxil olmaqla, bir neçə ölkənin modelini öyrənmişik və həmin modellər əsasında məhz bu təklifəri təqdim etmişik. Təbii ki, daha çox həm qonşu ölkələr, həm də qeyd etdiyim Singapur və ABŞ modelinə baxılıb, Azərbaycan üçün uyğun hesab etdiyimiz məsələlərin təklif formasını təqdim etmişik.

Bunun maliyyə qiymətləndirməsinin aparılması, daha sonra qurumlar tərəfindən qərarların verilməsi mümkündür. Amma biz millət vəkili olaraq təkliflərimizi təqdim edirik və təkliflərin qiymətləndirməsi hökumət tərəfindən aparılır. Çünki onun maliyyə yükünün bütün sektorlara təsirlərinin qiymətləndirməsi həyata keçirilir.

Amma istər pensiya, istərsə də digər sosial istiqamətlərdə təkliflərimizin təqdimatı davam edəcək. Düşünürük ki, pensiya kapitalı ilə bağlı bu gün beynəlxalq praktikada tətbiq edilən üstünlüklərin və ya təcrübələrin Azərbaycanda tətbiq olunması məqsədəuyğun olardı, o cümlədən, pensiya kapitalından istifadə ilə bağlı yeni mexanizmin hazırlanması və tətbiqini məqsədəuyğun hesab edirik”, – deyə o bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://konkret.az
archiveBu xəbər 27 Noyabr 2024 21:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın Azərbaycana qarşı növbəti təzyiq mexanizmi

25 İyul 2025 00:06see519

Şəmkirdə 15 yaşlı qızın ehtiyatsızlığı faciə ilə nəticələndi

24 İyul 2025 01:38see233

Şörzingerin Azərbaycanca öyrəndiyi söz…

24 İyul 2025 01:29see190

Bu kuba baş məsqçi təyin olundu

23 İyul 2025 16:25see150

PA nın Vətəndaş Qəbulu Mərkəzində avqust ayı üçün qəbul cədvəli AÇIQLANDI

23 İyul 2025 18:12see147

Qurban Qurbanov: Qələbəni unudub cavab oyununa ciddi hazırlaşacağıq

24 İyul 2025 01:30see141

Uşağın smartfona erkən çıxışı psixi sağlamlıq problemlərinə gətirib çıxarır

24 İyul 2025 04:25see140

Xankəndi şəhərində “Sarı gəlin” abidəsi belə ola bilər

23 İyul 2025 17:48see139

ABŞ da qırmızı ət qiymətləri rekord həddə çatdı

23 İyul 2025 20:13see137

BYD və “Geely”də saxtakarlıq aşkarlandı Subsidiyalar bu mexanizmlə mənimsənilir

23 İyul 2025 20:07see136

Aktivlərinin həcminə görə Azərbaycan banklarının RENKİNQİ

23 İyul 2025 18:27see133

Goji berry nədir? Goji giləmeyvəsinin faydaları

24 İyul 2025 17:12see133

YPG Suriyada silahları təhvil verməyəcəyini açıqlayıb

24 İyul 2025 02:48see131

“Qarabağ”ın darmadağınla qələbəsi Video

24 İyul 2025 02:30see130

Təmiz enerji dövrünü necə sürətləndirmək olar ANALİZ

24 İyul 2025 16:58see128

Avropa və ABŞ razılaşacaqlar Ticarət gərginliyi aradan qalxacaq

24 İyul 2025 17:15see127

Bu şəhərdə 22 min abonentin qaz təchizatı dayandırılacaq

24 İyul 2025 17:01see126

Türkiyədə oxuyan bir qrup tələbə Azərbaycan universitetlərinə köçürülmə hüququndan məhrum edilib?

25 İyul 2025 01:36see122

Qız Qalasında “Vyetnam Günləri : Şərqin incə zərifliyi İçərişəhərdə FOTO

24 İyul 2025 17:07see121

“Sumqayıt” fransalı müdafiəçi transfer etdi

24 İyul 2025 06:24see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri