Icma.az
close
up
RU
Azərbaycanda plazalar kralı HƏBS EDİLDİ

Azərbaycanda plazalar kralı HƏBS EDİLDİ

Icma.az, Oxu.az saytına istinadən bildirir.

"AQA Şirkətlər Qrupu"nun təsisçisi, tanınmış iş adamı Aydın Dəmirçinin oğlu Qafar Dəmirçi həbs edilib.

Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, şirkətin vitse-prezidenti Q.Dəmirçi ağacları kəsərək təbiətə külli miqdarda ziyan vurmaqda ittiham edilir.

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi müəyyən edib ki, "plazalar kralı" kimi tanınan oğul Dəmirçinin rəhbərlik etdiyi "Monte Ferro" şirkəti Şəkinin meşəlik ərazilərində ağacları qanunsuz kəsib. Az qala, böyük bir meşə sahəsinin məhv edilməsi nəticəsində isə təbiətə nə az-nə çox - təxminən 8 milyon manatdan çox ziyan dəyib.

Qafar Dəmirçi ilə birgə şirkətin bir neçə əməkdaşı Cinayət Məcəlləsinin 259.3-cü (ağacları kəsmə-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli və külli miqdarda ziyan vurmaqla) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmənin qərarı ilə Q.Dəmirçi barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. "Plazalar kralı" işçiləri ilə məhkəmə zalından birbaşa istintaq təcridxanasına göndərilib.

Məlumat üçün deyək ki, bu yaxınlarda Dəmirçilərin meşələrə qənim kəsildiyi ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılmışdı. Həmin xəbərlərdə deyilir ki, Dəmirçilər Şəkidə 800 hektara yaxın ərazidə ağacları kürətdirib. İddia olunur ki, 2021-ci ildə sözügedən şəxslərə məxsus "Monte Ferro" şirkəti Şəkidə geniş bir ərazini zəbt edərək özəlləşdirib.

Məsələyə Şəki Şəhər İcra Hakimiyyəti də münasibət bildirib. Bununla bağlı paylaşımlara şərhlərdə reaksiya verən rəsmi qurumdan bildirilib ki, "Monte Ferro" MMC 2018-2019-cu illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə torpaq icarə müqaviləsi bağlayaraq fındıq bağı salınması məqsədilə Şəki rayonunun Göynük meşəbəyliyi ərazisindən (Layısqı yolunun kənarında) 800 hektara yaxın torpaq sahəsini icarəyə götürüb. Bu səbəbdən aqrotexniki tədbirlər həyata keçirilib və orada fındıq bağı salmağa başlanılıb. Qeyd edilib ki, 2024-cü ilin payız mövsümündə həmin sahədə fındıq bağlarının salınması işləri davam etdirilir.

Qeyd edək ki, "Demirchi Tower", "AGA İş Mərkəzi", "Ariana Business Park", "Caspian Business Center", "Lotfi Zadeh Texnologiyalar Mərkəzi" və başqa plazalar "AGA Şirkətlər Qrupu"na bağlı iş mərkəzləridir. Bundan əlavə şirkətdə "AGA Group" maliyyə ("Ferrum Kapital" və "Caspian Audit"), kənd təsərrüfatı ("AGA Agro", "Monte Ferro"), İnformasiya Texnologiyaları ("Bravo Online Systems"), turizm və hotelçilik ("Da Vinci" və "Caspian Palace" hotelləri) da fəaliyyət göstərir.

Bu yaxınlarda "AQA Şirkətlər Qrupu"nun dövlət büdcəsinə vergi borcunun olduğu barədə məlumatlar da yayılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://oxu.az
archiveBu xəbər 11 Dekabr 2024 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see358

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

04 Sentyabr 2026 12:14see266

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see263

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

04 Sentyabr 2026 11:43see257

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see254

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see252

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

04 Sentyabr 2026 14:16see251

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

04 Sentyabr 2026 14:37see244

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

04 Sentyabr 2026 08:47see243

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

04 Sentyabr 2026 16:01see241

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see241

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

04 Sentyabr 2026 17:31see241

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

04 Sentyabr 2026 16:47see235

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see230

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

04 Sentyabr 2026 18:34see228

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see226

Sentyabrın 5 də anomal isti olacaq

04 Sentyabr 2026 18:25see220

Tacikistanda tranzit daşımaları 17 faiz çoxalıb

04 Sentyabr 2026 22:32see212

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see201

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri