Icma.az
close
up
RU
Azərbaycanda poçt xidməti: tarixi ənənə və rəqəmsal keçid

Azərbaycanda poçt xidməti: tarixi ənənə və rəqəmsal keçid

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İkinci Dünya Müharibəsi illərində faşistlər hansı evdə göyərçin tapsa, o evin sahibini güllələyirdi. Niyə?! Çünki gizli antifaşist şəbəkələr bir-biri ilə xəbərləşirdi. Məktubları kim daşıyırdı? Göyərçinlər. Daha doğrusu, həm də göyərçinlər...

Gizli kuryerlərlə, lap elə bildiyimiz poçt şöbələrinin, fədakar poçtalyonların özləri ilə yanaşı göyərçinlər də dünyanın faşizmdən xilas edilməsində öz işini görüb. Ta qədimdən göyərçinlər xəbərləşmə üçün qanad çalıb, ona görə də onları öldürmək günah sayılıb. Səbəb sadə və haqlıdır: elçiyə zaval olmaz.

Göyərçinlər elə indi də xəbər daşımaqda davam edir. Hətta ilk dəfə Yeni Zelandiyada “pigeon post”, yəni "göyərçin poçtu" üçün xüsusi markalar da buraxılıb.

Yeri gəlmişkən, çağdaş zamanda "poçt xidməti" adlandırdığımız fəaliyyətin başqa çox maraqlı, kolorotli, rəngli tərəfləri də var.

Bəşəriyyət "ən" dediyimiz hallara və faktlara çox meyllidir. Bax, biz öyrəşmişik: poçt qutuları ənənəvi yerlərdə - küçədə, meydanda qurulur, qapıya və darvazaya yapışdırılır. Ancaq Yaponiyada dənizin dibində... poçt qutusu var. Bu, dünyanın ən dərində yerləşən poçt qutusudur: Vakayama əyalətinin Susami şəhərində təxminən 10 metr dərinlikdə quraşdırılıb və yalnız dalğıclar üçün əlçatandır. Sualtı məktublar isə suyadavamlı materialdan düzəldilib.

Dünyanın ən böyük poçt qutusu isə Cənubi Afrikadadır: Calviniada köhnə su qülləsindən düzəldilmiş bu qutu Ginnesin Rekordlar Kitabına düşüb. Bu poçt qutusuna atılan məktubların üzərinə “World’s Largest Postbox” möhürü vurulur. Mənası "dünyanın ən böyük poçt qutusu" deməkdir.

Maldivdə "üzən poçt" var: bu ada dövlətdə bir poçt şöbəsi dənizin üzərindəki platformada yerləşir. Turistlər xüsusi poçt kartlarını oradan göndərir və məktuba “Floating Post Office – Maldives” möhürü vurulur.

Kosta-Rikada isə milli parklarda tısbağa formalı xüsusi poçt qutularına atılır. Düşünürsən: yaxşı ki, Latın Amerikasının bu kiçik ölkəsində məktubları və bağlamaları canlı tısbağa ilə daşımırlar.

Bəs bu tısbağaşəkilli qutular, ən dərindəki, yaxud ən böyük qutular, yaxud poçt baratlarını İsveçrə dağlarının zirvələrinə daşıyan poçt funikulyorları, yunan adalarındakı kiçik poçt qayıqları, qızmar ərəb səhrasındakı poçt dəvələri... bunlar nə üçündür?! Əlbəttə, ölkələrin turistik cazibədarlığını artırmaq üçün. Məsələn; həmin o "tısbağalar" - qutular turistlərə bahalı suvenir olaraq satılır.

Görürsünüzmü, poçt qutusu ilə də ölkəni maraqlı və cəlbedici etmək olarmış! Mən hələ uşaqlara sevinc dolu məktublar daşıyan Kanada poçtunu demirəm: balacalar Milad bayramı ərəfəsində Santa Klausa... məktublar yazır, minlərlə könüllü bu məktublara cavab yazır. Poçt beləcə insan cəmiyyətinə pozitiv əhval, bayram ovqatı, azyaşlılara ünsiyyət vərdişləri, xəbərləşmə mədəniyyəti aşılayır. Bir sözlə, poçt, sadəcə, "poçt" demək deyil.

Bax, elə bunların özü ənənəvi poçt xidmətinin çağdaş trendlərə uyğunlaşmasına - effektiv və kreativ transformasiyasına rəngli çabalardır. Çünki poçt, sadəcə, bir xidmət növü, xəbərləşmə vasitəsi deyil, həm də milli təfəkkür təkamülünün və inkişaf səviyyəsinin indikatorudur.

Tarixə baxsaq, Azərbaycanda ilk poçt şöbəsi 1818-ci ildə Gəncədə, daha sonra Bakıda (1826-cı il) və Naxçıvanda (1828-ci il) yaradılıb. Deməli, ilk "milli" poçt qutumuzdan Cəlil Məmmədquluzadə 1903-cü ildə "Poçt qutusu" hekayəsini yazana qədər 85 il keçib; o müddətdə nəsillər dəyişib. Ancaq həmin zaman aralığında Novruzəli elə "Novruzəli" olaraq qalıbmış!

207 il əvvəl "Azərbaycan" adlı coğrafiyada bir poçt şöbəsi indi artıb-çoxalıb, təkcə "Azərpoçt" MMC-də min olub. El dilində belə bir alqış var: "Səni görüm, min budaq olasan". Bu mənada Azərbaycan poçtu kök salıb, qol-budaq atıb, min budaq olub. Son 20 ildə 887 yeni poçt binası tikilib,126 poçt şöbəsi əsaslı təmir olunub. 11 filial üçün yeni binalar istifadəyə verilib. Çatdırılma xidmətlərinin sürətlənməsi üçün 367 yeni avtomobil alınıb. Bundan başqa, 1236 poçt şöbəsi mərkəzi sistemə qoşulub.

Xalq yazıçısı Elçinin məşhur pyesinin adı ilə ifadə etsək, "Poçt şöbəsində xəyal" reallaşmaqdadır...

Yox, bunlar, eləcə də, 73 ATM (avtomatlaşdırılmış telefon məntəqəsi) tammənalı transformasiya demək deyil. Elə "Azərpoçt"un rəhbərliyində oturanlar da belə fikirləşib; əldə olunan nəticələri yetərli bilməyiblər. Çünki dünya dəyişir, həm də poçtla da dəyişir. "Dünya balaca kənddir artıq" deyirik. Bu, dünyanın müxtəlif hissələri, nöqtələri arasında, bir-birindən uzaqlarda - fərqli coğrafiyalarda yaşayan insanlar arasında bağlantı artdıqca, Dünya sözün yaxşı mənasında "kiçilir". Bu "kiçilmə" prosesinə töhfə vermək üçün "Azərpoçt" dünya boyu boy atmağa - böyüməyə can atır: öz xidmətlərini beynəlxalq standartlara uyğunlaşdırır. Necə?!

Baxın"Azərpoçt"da 2013-cü ildən “Global Monitoring System”, 2016-cı ildən isə “IPS.Post tracking system” istifadəyə verilib. Bu innovativ həllər bağlamaların daha dəqiq izlənməsinə imkan verir. Nəticədə xidmət xeyli şəffaflaşıb, əlçatanlıq və xidmət keyfiyyətindən məmnunluq dərəcəsi yüksəlib. Milli təfəkkür "Novruzəli" "ölü nöqtə"sindən çıxıb, yüz ildən çox yol gəlib, Azərbaycanda da ən çağdaş rabitə, çatdırılma xidmətləri səviyyəsinə çatıb. Bu, milli inkişaf hədəflərimizə çatmağımızda poçtun necə yüksək səviyyədə dəstək verməsinin göstəricisidir.

Ancaq bunlar da son deyil; Azərbaycan poçt xidmətlərində - qəbuletmə, çeşidləmə, şəxsi və işgüzar, eləcə də, dövlət sirrlərinin məxfiliyinin və informasiya təhlükəsizliyinin təmin olunması, poçt baratlarının və məktubların çatdırılması işlərində yeni texnologiyaların tətbiqi genişləndirilir. Azərbaycan poçtu məktub, sənəd, eləcə də, pul dövriyyəsində iştirak edir. Burada, xüsusilə, çeşidləmədə, izlənmədə ən müasir robotlardan, daşımada, çatdırılmada dronlardan istifadə çox proqressiv və innovativ həllərdir. Çində, Yaponiyada, Sinqapurda bu innovasiyaların tətbiqi artıq genişlənir və Azərbaycan da bu qabaqcıl təcrübələrdən yararlanır.

Mərakeşdə elə yerlər var ki, ora avtomobil gedə bilmir; məktubları və bağlamaları həmin nöqtələrə dəvələrlə çatdırırlar (hətta dəvə ilə gələn məktubu almaq ekzotik bir həzz qaynağına, turistik trendə çevrilib). Azərbaycanda da elə əlçatmaz, hətta atgetməz yerlər var. Oralara poçt yalnız dronlarla daşına bilər. Yaxud İsveçrə Alplarındakı kimi xüsusi funikulyorlar quraşdırmaq da olar.

Xüsusilə, poçt xidmətində süni intellektin tətbiqi də gələcək planlara daxildir. Bakı şəhərində 2040-cı ilədək poçt şöbələrinin sayının 181-ə çatdırılması nəzərdə tutulur. Eləcə də, bölgələrin tam əhatə olunması üçün işlər aparılır. Bu, insanların şəxsi rifahını artırmağa və sosial qayğıların həllinə, eləcə də, biznesin inkişafına mühüm dəstəkdir.

Sosial qayğı demişkən, dünya şöhrətli yazıçı Qabriel Qarsiya Markesin "Polkovnikə məktub yoxdur" novellasını xatırladım: Kolumbiyanın kiçik bir şəhərində yaşayan, min günlük müharibənin veteranı, 75 yaşlı polkovnik ona dövlətin pensiya verəcəyi xəbərini gözləyir... Markesin qəhrəmanının timsalında da göründüyü kimi, poçt xidməti dövlətlə vətəndaş arasında əlaqə, ünsiyyət qurur. Hətta bəlli məqamlarda insanların "ümid yeri"nə də çevrilir. Polkovnikə məktubu dövlət göndərəcəkdi, ancaq bu məktubu gətirəcək olan poçtdur. Ona görə də poçt işçilərinin özlərinin də sosial rifahına çox önəm verilir. 2025-ci ilin ilk üç ayında poçt və kuryer sahəsində çalışanların orta aylıq ənəkhaqqı 674 manat olub. Bu da əvvəlki ilə nisbətən təxminən 15% artım deməkdir. 2026-cı il üçün dövlət büdcəsində də sosial ödənişlərin, eləcə də, maaşların artımı nəzərdə tutulur. Bu artım poçt xidməti sahəsindən də yan keçməyəcək. Çünki poçt və kuryer xidmətlərinin işçiləri bir çox hallarda çətin iş şəraitində işləyirlər, hətta həyatlarını təhlükəyə də atırlar. Bu sferada işləyənlər fədakarlığın dəyərini bilirlər. Bunu öz əməllərində də aydın ifadə edirlər. "Əsgərə məktub" layihəsi bunun ən yaxşı nümunəsidir. Azərbaycanın milli poçt strukturları cəmiyyətlə ordunun fikri, emosional əlaqəsini daim diri tutur və bu, 2020-ci ildə 44 günlük Vətən müharibəsindəki tarixi qələbədə, eləcə də, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasında milli poçtun oynadığı yüksək rola da diqqəti cəlb edir. Hazırda "Böyük qayıdış" proqramının icrasında da "Azərpoçt" MMC fəal rol oynayır: işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında məskunlaşan, orada çalışan insanları, idarə, müəssisə və təşkilatları ölkənin bütün əhalisi ilə, bütün bölgələri ilə əlaqələndirir. Beləliklə, ölkədə sosial-iqtisadi inkişafa və milli təhlükəsizliyin qorunmasına öz töhfəsini verir.

"Azərpoçt" MMC, ümumilikdə, milli poçt sistemi kimlərdən nələri öyrənməlidir?

Dünyanın qabaqcıl təcrübəsinə qayıdaq. Məlum olduğu kimi, poçt xidməti Yaponiyada yüksək sürətlə inkişaf edir; bu ölkənin poçt xidməti dünyada ən dəqiqidir. Gündoğar ölkədə poçt həm də bank xidməti göstərir. Poçtun insanlara gündəlik maliyyə xidmətləri "Japan Post Bank" vasitəsilə həyata keçirilir. Robot kuryerlər də daha geniş istifadə olunur.

Çin dünyada ən çox onlayn sifariş edilən ölkələrdən biridir. Taobao, JD, Alibaba kimi platformalara görə gündə milyonlarla bağlama hərəkətdədir. Çin poçt sistemi bu həcmdə çatdırmanı idarə etmək üçün tam avtomatlaşdırılmış çeşidləmə mərkəzləri qurub.

Sinqapurda “Smart Postbox” adlanan ağıllı poçt sistemi var; bağlama poçta düşən kimi bu haqda SMS və ya mobil tətbiqdən xəbərdarlıq gəlir. Həmçinin Sinqapurda robot kuryerlər də işləyir.

Bu misalların sayını artırmaq da olar. "Azərpoçt" MMC, bütövlükdə Azərbaycanın milli poçt xidməti artıq bu yenilikləri öyrənir. Növbəti illərdə Azərbaycanda poçt xidməti sahəsi üzrə sürətli və effektiv transformasiya gözlənilir.

Orxan Musabəyli, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 18 Sentyabr 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Üç bürcə MƏSLƏHƏT: Tələsməyin, bəxtiniz gətirəcək

01 Noyabr 2025 21:42see194

Putin İradə Zeynalovaya fövqəladə və səlahiyyətli səfir rütbəsi verib

01 Noyabr 2025 12:50see184

“Xox”dan “həqiqi hücuma”: Trampın ultimatum oyunu və Venesuela riski KONKRET

02 Noyabr 2025 16:03see160

Gömrük Komitəsinin vəzifəli şəxsi sahibkara qarşı qanunsuzluq edir? ŞİKAYƏT

01 Noyabr 2025 13:32see149

Yeni sərmayə institutu...

01 Noyabr 2025 10:39see140

Beyninizin hansı yarımkürəsi dominantdır? Özünüzü sınayın

01 Noyabr 2025 07:07see139

Nazir Kürdəmirdə sıra baxışı keçirdi, 163 nəfər seçildi Video

01 Noyabr 2025 13:26see139

Rusiyada barmağı keyiyən qadında nadir xəstəlik aşkarlandı

01 Noyabr 2025 07:03see131

Abşeronda bədbəxt hadisə: Gənc 12 ci mərtəbədən yıxıldı

01 Noyabr 2025 22:10see128

Azərbaycanda turizm çöküb: Dövlət hər il milyonlar itirir

01 Noyabr 2025 18:12see128

Səmalar yenidən türklərin əlinə keçir İsrailli ekspert

01 Noyabr 2025 19:44see126

12 manata “monqol əti” Azərbaycan bazarında ayaq açıb yürüyür VİDEO

01 Noyabr 2025 10:51see125

Liqa 1: PSJ yeganə qolla “Nitsa”ya qalib gəlib

01 Noyabr 2025 22:29see124

G7 nin enerji nazirləri açıqlama veriblər...

01 Noyabr 2025 19:58see124

Batumidə mənzil alanların 77 faizini əcnəbilər təşkil edir

02 Noyabr 2025 15:17see124

Spalettinin debüt matçında “Yuventus” “Kremoneze”yə qalib gəlib VİDEO

02 Noyabr 2025 01:53see123

Həbs edilən icra başçısını o əvəz edirmiş FOTO

02 Noyabr 2025 15:20see122

Bu ölkənin qadınları özünə baxmır

02 Noyabr 2025 05:06see120

“Vulverhempton”un qapıçısı: “Utanmalıyıq”

02 Noyabr 2025 01:10see119

İran Gülüstan vilayətində yeni atom elektrik stansiyasının tikintisinə başlayıb

02 Noyabr 2025 17:53see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri