Icma.az
close
up
RU
Azərbaycanda qadın baldızının intim görüntülərini yaydı: ərinin müdiri ilə...

Azərbaycanda qadın baldızının intim görüntülərini yaydı: ərinin müdiri ilə...

Icma.az xəbər verir, Publika.az saytına əsaslanaraq.

Azərbaycanda baldızının intim görüntülərini yayan qadın cinayət məsuliyyətinə cəlb edilib.

Publika.az-ın əldə etdiyi məlumata görə, Laçın rayon sakini 1986-cı il təvəllüdlü Südabə Hüseynovaya (ad-soyadlar şərtidir) Cinayət Məcəlləsinin 156.1-ci, yəni şəxsi həyatın toxunulmazlığı maddəsi ilə iş açılıb.

Araşdırmalarla Südabənin ərinin bacısı olan Xanım Hüseynovaya məxsus intim görüntüləri digər vətəndaşların mobil telefonuna göndərərək onun şəxsi həyatına dair informasiyaları yayması məlum olub.

Müəyyən edilib ki, hadisədən əvvəl dövlət qurumlarından birində çalışan Südabənin əri öz müdiri Turaldan işlənmiş telefon alıb. Südabə evdə olarkən ərinin telefonunu götürərək onun yaddaş hissəsində axtarış aparıb. Bu zaman o, Tural ilə, yəni telefonun keçmiş sahibi ilə baldızı Xanım arasında sevgi münasibətinin olmasını öyrənib. Südabə onlar arasındakı danışıqları oxuyub, həmçinin baldızı Xanımın Turala göndərdiyi intim görüntülərini öz telefonuna köçürüb.

Bundan sonra Südabə evli baldızının evli kişi ilə sevgi yaşamasını, ona intim görüntülər göndərməsini yaxınlarına və digər şəxslərə bəyan etmək qərarına gəlib. O, görüntüləri bir neçə nəfərə göndərərək baldızını rüsvay edib.

Başlanmış cinayət işinin materialları baxılması üçün Laçın rayon məhkəməsinə göndərilib.

Məhkəmə Südabə Hüseynovanı 156.1-ci maddə il təqsirli bilərək qazancının 15 faizinin dövlət nəfinə tutulmaqla 6 ay müddətə islah işləri cəzasına məhkum edib. Həmçinin təqsirləndirilən şəxsin üzərində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri saxlanılıb.

Taleh

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://publika.az
archiveBu xəbər 08 Yanvar 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see258

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see170

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see154

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see144

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri