Azərbaycanda qadın və uşaq sığınacağının sahibi həbs olundu
Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.
“Sevgi evi” Qadın və Uşaq sığınacağının sahibi Könül Qasımova həbs olunub.
Newscenter-az lent.az-a istinadla xəbər verir ki, bu barədə Xətai Rayon Məhkəməsi ötən ay qərar qəbul edib.
Qərara əsasən, Könül Qasımova barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilib.
Ona qarşı Cinayət Məcəlləsinin 133.2.1-ci (iki və ya daha çox şəxsə qarşı və ya girov götürülən yaxud oğurlanmış şəxsə qarşı və ya sifarişlə törədildikdə), 133.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə), 133.2.4-cü ( təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə), 133.2.6-cı (işgəncə verməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, Könül Qasımova 3 il öncə Cinayət Məcəlləsinin 133-cü (əzab vermə) maddəsi iləittiham edilərək hakim qarşısına çıxarılmışdı.
Həmin vaxt ona Sabunçu Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdi.
Təqsirləndirilən şəxsin himayəsində azyaşlı övladı olması səbəbindən qanunvericiliyə uyğun olaraq uşaq 14 yaşına çatana qədər ananın cəzasını çəkməsi təxirə salınıb.
Lakin Könül Qasımova bu əməllərindən əl çəkməyib və bu dəfə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Bu mövzuda digər xəbərlər:Uşaq sığınacağının sahibi Könül Qasımova yenidən həbs olundu
18 Avqust 2026 11:15
Azərbaycanda jurnalist həbs olundu
17 Yanvar 2025 19:07
Azərbaycanda evlərdən qadın paltarları oğurlayan kişi həbs olundu
11 Oktyabr 2026 11:40
Azərbaycanda nazirlik əməkdaşı HƏBS OLUNDU
27 May 2025 09:09
Azərbaycanda səkkiz futbolçu həbs olundu
27 Dekabr 2024 16:54
Baxış sayı:142
Bu xəbər 18 Avqust 2026 19:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















