Icma.az
close
up
RU
Azərbaycanda qadından bacılarına qarşı ŞOK İDDİA: “Biri ərimlə yatdı, digəri isə…”

Azərbaycanda qadından bacılarına qarşı ŞOK İDDİA: “Biri ərimlə yatdı, digəri isə…”

Icma.az xəbər verir, Tribuna saytına əsaslanaraq.

- +

Lənkəranda 3 qadın xüsusi ittiham qaydasında rayon məhkəməsinə müraciət edib.
Tribunainfo.az 
xəbər verir ki, Publika.az-ın əldə etdiyi məlumata görə, şikayətçi qadınlar 1983-cü il təvəllüdlü Gülbəniz Quliyevanın (adlar şərtidir) “TikTok” sosial şəbəkəsində onları təhqir etdiyini, barələrində həqiqətə uyğun olmayan məlumatlar yaydığını bildirib.

Məlum olub ki, şikayətçi qadınlardan ikisi Gülbənizin bacısı, biri isə Gülbənizin bacısının qayınanasıdır. Onlar Gülbənizin nevroloji problemlərinin olduğunu, sosial şəbəkələrdə şər-böhtan xarakterli sözlər danışdığını və həbs edilməsinin vacibliyini bildiriblər.

Araşdırmalar zamanı məlum olub ki, bacılar arasında münasibətlər bir neçə ildir pisləşib. Gülbəniz atası evində, digər bacılar isə öz ailələri ilə birgə yaşayır.

G. Quliyeva ifadəsində bacısının onun həyatını məhv etdiyini, cinsi təcavüzə məruz qoyduğunu iddia edib: “Əksinə, xüsusi ittihamçılar mənə qarşı qanunsuz hərəkətlər edib, kənddə mənim üzümə tüpürdülər, qızıma deyiblər ki, anan pozğundur. 8 dəfə buna görə “102” Xidmətinə zəng də etmişəm, lakin nəticəsi olmayıb. Haqsızlıqlar barədə “TikTok” sosial şəbəkəsində paylaşma etdim. İş o dərəcəyə çatdı ki, işlədiyim “Düşpərə” restoranın müdiriyyəti məni işdən çıxardı. Bacım Sevər (şərti adlı) mənim uşağımı vurduğuna görə onun qaynanasına şikayət etmişəm. Sərvət adlı həyat yoldaşım vardı. Digər bacım Səhanə (şərti adlı) onunla münasibət qurub sevgili oldu, onları yataqda tutmuşam. Buna görə də Sərvətdən boşandım. Bacım Sevər məni Zaur adlı şəxsə ərə vermək istəyirdi. Buna görə də Sevər məni Bakı şəhərində, “Neftçilər” metrostansiyasının yanındakı əxlaqsızlıq yuvasına apardı. Zaur məni orada zorladı. Bundan əvvəl isə həb verib məni yatırdıblar”.

G. Quliyevaya Zaurla bağlı iddiasına görə sual verildikdə, o, həmin şəxsdən polisə şikayət etmədiyini bildirib.

Lənkəran Rayon Məhkəməsi araşdırmalardan sonra 26 noyabr tarixində Gülbəniz Quliyevaya hökm elan edib.

O, Cinayət Məcəlləsinin 147.1-ci maddəsi (Böhtan) ilə təqsirli bilinərək 1300 manat cərimə cəzasına məhkum edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 05 Dekabr 2024 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see408

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see395

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see340

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see301

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see295

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see282

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see261

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see245

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see235

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see228

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see172

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see143

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see143

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see134

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see127

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see126

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see122

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri