Icma.az
close
up
RU
Azərbaycanda qadınlar arasında siqaret çəkmə halları artıb AÇIQLAMA

Azərbaycanda qadınlar arasında siqaret çəkmə halları artıb AÇIQLAMA

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

“Azərbaycanda tütün və tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması ilə bağlı qanunvericilik artıq on ildən çoxdur ki, qüvvədədir. Bu müddət ərzində bir sıra mütərəqqi dəyişikliklər edilərək qanun sərtləşdirilmiş, ictimai yerlərdə siqaret çəkməyə qadağalar tətbiq olunmuşdur”. 
Bu sözləri Demokrat.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

O deyib ki, bütün bu tədbirlərə baxmayaraq, praktiki nəticələr arzuolunan səviyyədə deyil:
“Son illər ölkədə ənənəvi siqaretlə yanaşı, elektron siqaretlər,  qəlyanlar, həmçinin müxtəlif alternativ nikotin məhsullarının istifadəsi sürətlə yayılmışdır. Qanunvericiliyin bu məhsulları tam əhatə etməməsi və ya nəzarətin zəif olması səbəbindən, xüsusilə gənclər arasında bu vasitələrə maraq artmaqdadır. 
Digər ciddi problem isə siqaretlərin tək-tək satışı və aksiz markası olmayan qaçaq siqaretlərin dövriyyəsidir. Xüsusilə Bakı şəhərinin bəzi rayonlarında bu cür satışlar açıq şəkildə davam edir. Bu, qanunun pozulması ilə yanaşı, həm də cəmiyyətin sağlamlığına ciddi təhlükədir. Təəssüflə qeyd olunmalıdır ki, Azərbaycanda tütün sənayesinin lobbiçilik fəaliyyəti hələ də güclü qalır və müəyyən qruplar bu sahədəki islahatlara mane olurlar. Azad İstehlakçılar Birliyi olaraq biz uzun illərdir bu sahədə ictimai nəzarət və mübarizə aparırıq”. 
Sədr qeyd edib ki, filtrsiz və yüksək zərərli tütün məhsulları istehsal edən bir neçə müəssisənin fəaliyyətinin dayandırılmasına nail olunub:
“Lakin bu, yalnız ilkin mərhələdir. Əhalinin siqaretə olan meyilliyi azalmaq əvəzinə, bəzi hallarda daha da artır. Ən təəssüf doğuran hallardan biri isə odur ki, ölkəmizdə müasir supermarketlərə daxil olarkən, vətəndaşları ilk qarşılayan məhz siqaret stendləridir. Bu, bir çox ölkələrin təcrübəsinə tamamilə ziddir. 
Məsələn, Filippin, Tayland, İspaniya, Rusiya kimi ölkələrdə siqaret satışına ya tam qadağa qoyulub, ya da satış yalnız xüsusi məhdudiyyətlərlə həyata keçirilir. Azərbaycanda isə siqaret məhsulları açıq şəkildə nümayiş etdirilir, bu da faktiki olaraq reklam funksiyası daşıyır.  
“Reklam haqqında” qanunda siqaretin özünün reklam vasitəsi olmadığı kimi mənasız bir müddəa yer alıb. Halbuki məhsulun görünüşü və təqdimatı, xüsusilə gənclər arasında maraq oyadır və bu da dolayı reklam təsiri yaradır. Türkiyədə qadınlar arasında siqaret çəkmənin artması tendensiyası artıq Azərbaycana da sirayət edib”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Dekabr 2025 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri