Azərbaycanda qadınlar elm və təhsil sahəsində liderdir
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
11 fevral – “Qadınlar və Qızlar Elmdə” Beynəlxalq Günü kimi qeyd edilir
Modern.az xəbər verir ki, bu günün qeyd olunmasında məqsəd qadınların və qızların elm və texnologiyadakı rolunu vurğulamaqdır.
Azərbaycan elminin inkişafında qadınların aktivliyi hər keçən il daha da artır. 2023-cü ilin göstəricilərinə əsasən ölkəmizdə elmi işçilərin 59,2 faizi qadınlardır. Ötən il də doktorantura pilləsində qəbul olunanların 50%‑dən çoxunu qadınlar təşkil edib. Eyni zamanda dünyada və ölkəmizdə texnologiya sahəsində qadınların iştirak payı 30%-dir.
Azərbaycanın dövlət və qeyri-dövlət ali məktəblərində 2023-2024-cü tədris ilinin əvvəlinə təhsil alan qadınların sayı 118 min 290 nəfər olub. Bu göstərici 2010-cu ildə 65 min 112, 2015-ci ildə 78 min 662, 2021-ci ildə 97 min 163 olub. 2022-ci ildə isə 111 min 583 qadın ali təhsil ala bilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 11 Fevral 2025 09:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















