Icma.az
close
up
RU
Azərbaycanda qalada xəzinə axtaranlara cinayət işi AÇILDI

Azərbaycanda qalada xəzinə axtaranlara cinayət işi AÇILDI

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2023-cü ilin noyabrında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli, 132 nömrəli Qərarı ilə ölkə əhəmiyyətli arxeoloji abidə kimi dövlət mühafizəsinə götürülmüş Lahıc və Basqal qəsəbələrinin arasında yerləşən Niyal qalası abidəsinin Qərb bürcünün ərazisində qanunsuz qazıntı işlərinin aparıldığı aşkar olunub.

Bu barədə Lent.az-a Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Həmin dövrdən başlayaraq, Dövlət Xidməti tərəfindən ərazinin qorunması üçün nəzarət tədbirləri gücləndirilib.

2025-ci ilin fevral-mart aylarında isə yenidən qazıntı işlərinin aparıldığı müəyyən olunub. Aidiyyəti qurumlara məlumat verildikdən sonra qanunsuz əməli törədən şəxslər hadisə yerində saxlanılıblar.

Müəyyən edilib ki, Şahmalıyev Namiq Kamil oğlu və Novruzov Sabit Sədi oğlu qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib, tamah niyyəti ilə xəzinə axtarmaq üçün IX–XII əsrlərə aid Niyal qalası abidəsinin Qərb bürcünün hasarı boyunca qanunsuz qazıntı işləri aparıblar. Nəticədə qalanın ön hissəsindən 5,38 metr, arxa hissəsindən isə 2 metr uzunluğunda divarı uçuraraq Niyal qalasının müşahidə məntəqəsinə qəsdən ciddi zərər vurublar.

Faktla bağlı həmin ilin martın 11-də Baş Prokurorluq tərəfindən Şahmalıyev Namiq Kamil oğlu və Novruzov Sabit Sədi oğlunun barəsində Cinayət Məcəlləsinin 246-cı maddəsi ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq, 1 avqust 2025-ci il tarixində baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilib.

Hazırda işin məhkəmə istintaqı davam edir.

Qeyd edək ki, həmin maddənin sanksiyasına əsasən təqsirləndirilən şəxslər iki ilədək müddətə azadlıqdan məhrum edilə bilərlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://lent.az
archiveBu xəbər 22 Yanvar 2026 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see549

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see408

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see275

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see272

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see263

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see260

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see246

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see234

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see233

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see233

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see226

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see226

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see222

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see221

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see216

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see189

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see183

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see181

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see178

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri