Icma.az
close
up
RU
Menu

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda “Qarabağ”a şərik tapılıb! Hegemonluğa son? TƏHLİL

Azərbaycanda “Qarabağ”a şərik tapılıb! Hegemonluğa son? TƏHLİL

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan klubları üçün avrokubok mövsümü başa çatıb.

İdman.biz xəbər verir ki, sonuncu təmsilçimiz “Qarabağ” mübarizəni Avropa Liqasının Liqa mərhələsində dayandırıb.

Ağdam klubu ilə yanaşı, “Zirə”, “Sabah” və “Sumqayıt”ın qatıldığı avrokuboklar mövsümü Azərbaycana UEFA reytinqində 2,875 xal gətirib.

Bu, son mövsümün antirekordudur. Əvvəlki üç cəhddə ölkəmiz “4”dən aşağı qiymət almayıb.

Sonuncu dəfə aşağı göstərici 2020/21 mövsümündə yaşanıb. Onda əmsalımız 2,500-ə bərabər olub.

Bizim üçün başa çatan mövsüm bir tendensiyaya da son qoyub. 2,875 xala ən çox töhfəni bir deyil, iki klub verib. “Qarabağ”la “Zirə” ölkəmiz üçün hərəyə 1,250 xal gətiriblər.

Bununla da Qurban Qurbanovun komandasının 11 illik hegemonluğu sona çatıb. Son 11 mövsümdə “Qarabağ” bu göstəricidə vahid lider olub. Hətta qrup mərhələsində iki təmsilçimizin olduğu illərdə də “Qəbələ” Ağdam klubundan geri qalıb.

“Qarabağ”ın Azərbaycanın əsas xal mənbəyi olması tendensiyası 2013/14 mövsümündən başlayıb. 11 dəfə vahid lider olan Ağdam təmsilçisi ilk dəfə özünə şərik tapıb. Maraqlıdır ki, bu şərikin baş məşqçisi Rəşad Sadıqovun hegemonluğun əsasının qoyulduğu illərdə kapitan kimi “Qarabağ”a xidmət edib.

Ağdam klubunun Azərbaycanın UEFA reytinqinə ən çox xal verən komanda olmaması sonuncu dəfə 2012/13 mövsümündə yaşanıb. Onda rekordçumuz Avropa Liqasının qrupuna cığıraçan “Neftçi” olub.

Düzdür, həmin mövsüm “Qarabağ” ümumiyyətlə Avropaya çıxmayıb. Bu üzdən “ağ-qaralar” onları avrokuboklarda qabaqlamayıb. Amma qitə səhnəsinə çıxmaması da elə klubun öz uğursuzluğudur.

Hərçənd avrokubokdan kənar qaldığı 2012/13 mövsümündən əvvəlki 3 futbol ilində də Azərbaycana ən çox faydanı “Qarabağ” verib. Bir sözlə, Qurban Qurbanovun Ağdam klubunda çalışdığı illərdə yalnız 2 dəfə başqa komanda 1-ci sırada olub. 2008/09 mövsümündə “İnter”, 4 il sonra “Neftçi” zirvəni ələ keçirib. Hər iki mövsümdə “Qarabağ” Avropada oynamayıb. Bu dəfə üzə yeni lider çıxmasa da, bu ada şərik tapılıb.

mövsüm

əmsal

lider

liderin əmsalı

2012/13

3,000

“Neftçi”

1,625

2013/14

2,500

“Qarabağ”

1,375

2014/15

3,625

“Qarabağ”

2,250

2015/16

4,375

“Qarabağ”

1,750

2016/17

4,250

“Qarabağ”

2,125

2017/18

4,375

“Qarabağ”

2,625

2018/19

2,375

“Qarabağ”

1,625

2019/20

3,375

“Qarabağ”

2,250

2020/21

2,500

“Qarabağ”

1,625

2021/22

4,375

“Qarabağ”

3,500

2022/23

4,000

“Qarabağ”

3,125

2023/24

5,875

“Qarabağ”

4,750

2024/25

2,875

“Qarabağ”, “Zirə”

1,250

Qeyd edək ki, cari mövsümdə Azərbaycana “Qarabağ”la “Zirə” 1,250, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal qazandırıb.

Vüqar Xeyrullayev
İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:260
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 31 Yanvar 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see378

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see370

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see364

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see339

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see334

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see255

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see243

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see237

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see236

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see230

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see227

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see223

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see213

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see210

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see210

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see204

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see197

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see178

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see173

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri