Azərbaycanda qazlaşdırma ilə bağlı yeni dövlət proqramı hazırlanır
Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanda 2026-2030-cu illəri əhatə edən qazlaşdırma ilə bağlı yeni dövlət proqramı hazırlanır.
SİA xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında deputat Asif Əsgərov bildirib.
Onun sözlərinə görə, ən əsas məsələlərdən biri, xüsusilə də Zaqatala bölgəsində qazlaşdırma ilə bağlı olan problemin hər dəfə komitə iclaslarında qaldırılmasıdır: "Bu müəyyən qədər bizim bu komitənin iş planında aid olan məsələlərdən biridir. Çünki bu günləri ekoloji tarazlıq və xüsusən insanların bu istiqamətdə öz problemlərinin həll olunması üçün qazlaşdırmadan istifadə etməsi vacib məsələlərdən biridir".
O qeyd edib ki, artıq müvafiq nazirliklərdən aldığı məktuba görə, 2026-2030-cu ildə bununla bağlı müəyyən bir dövlət proqramının hazırlanması da nəzərdə tutulur: "Hazırda müzakirələr aparılır. Bu, çox vacib məsələlərdən biridir. Düşünürəm ki, komitə olaraq bizim bunu birgə dəstəkləməyimiz bu problemlərin aradan qalxmasına çox böyük təsir edər".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 22 Yanvar 2026 14:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















