Icma.az
close
up
RU
Azərbaycanda qəribə dəvətnamə: “Toya uşağınızı gətirməyin!” FOTO KONKRET

Azərbaycanda qəribə dəvətnamə: “Toya uşağınızı gətirməyin!” FOTO KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Son günlər sosial şəbəkələrdə yayılan dəvətnamə görüntüləri ölkə gündəmindəki maraqlı mübahisələrdən birinə çevrilib.

Belə ki, yeni nəsil dəvətnamələrdə uşaqların toya gətirilməməsi barədə çağırış edilir.

Çağırışda isə belə yazılır: “Əziz qonaqlar, bu fani dünyaya nə qədər uşaq gətirirsiniz gətirin, amma toya gələndə gətirməyin”.

Maraqlıdır, yeni-yeni yayılmağa başlayan bu çağırışın səbəbləri nədir? Uşaqların toya nə kimi ziyanları var? Bu barədə bakuplus.az-a mövzunu sosial tərəfdən şərh edən sosioloq Üzeyir Şəfiyev uşaqların toylardan kənarlaşdırılmasını doğru hesab etmir:

“Düşünürəm ki, uşaqların toya gətirilməməsi barədə edilən çağırışlar yaxşı hal deyil. Çünki toy bizim milli-mənəvi dəyərlərimizi özündə əks etdirən, min illik qədim adət-ənənələrimizdən biridir. Bu adətlərdə Azərbaycan xalqının düşüncələri, arxeotipləri öz əksini tapır. Hesab edirəm ki, toylar və digər mərasimlər vasitəsilə insanlar həm də sosiallaşır, həmrəyləşir, insanların xarakteri formalaşır. O cümlədən uşaqların xarakterinin formalaşmasında da toyların rolu var. Bu baxımdan belə mərasimlərdən uşaqların kənarlaşdırılması hesab edirəm ki, düzgün deyil. Uşaqlar həmin mühitdə də şübhəsiz ki, sosiallaşa bilir. Əlbəttə, uşaq psixologiyasını da nəzərə alaraq toyu elə təşkil etmək olar ki, uşaqlar həmin mərasimlərdən özlərinə pay götürsün. Yəni sosiallaşmasında faydalı olsun.

Sözsüz ki, uşağın yaşı da nəzərə alınmalıdır. Ancaq hesab edirəm ki, bütövlükdə uşaqlar toylarda iştirak eləməlidir. Necə ki, qədimdə kənd uşaqlarının toya qatqısı bir başqa olurdu. Toylar da uşaqların gələcək həyatında xoş nostaljlər yaradırdı. Bir daha səsləndirirəm: uşaqların toya gətirilməməsi ilə bağlı çağırışlar doğru deyil”.

Bəzi toy sahibləri qeyd edilən çağırışları uşağın psixologiyasına mənfi təsir ilə əlaqələndirirlər. Maraqlıdır, toy uşaq psixologiyasına təsir edirmi? Bakuoplus.az-ın sualını cavablandıran psixoloq Fidan Nizamova deyib ki, bu çağırışı çox düz ediblər:

“Çünki uşaqların elə böyük bir məclisdə olması, ancaq mane ola bilər. Amma onu da deyim ki, toyun uşaq psixologiyasına nə mənfi, nə müsbət təsiri var. Düzdü, bəzi uşaqlar var ki, səsə həssasdır və ya hiperaktivdir. Belə uşaqları toya, məclisə qəti aparmaq olmaz. Ancaq toya aparılan, cəmiyyət içində çox olan uşaqlar sosiallaşır, özlərini ifadə etməyi, davranış qaydalarını öyrənirlər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://konkret.az
archiveBu xəbər 11 Noyabr 2024 20:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see250

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see227

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see159

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see158

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see156

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see152

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see139

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see134

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see133

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see133

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see129

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see129

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see128

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see127

Alleqri İtaliya Superkubokunun yarımfinalındakı davranışına görə cərimələnib

21 Dekabr 2025 05:16see125

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see125

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri