Icma.az
close
up
RU
Azərbaycanda “qeyri adi” nikahlar artıb: Statistika açıqlandı

Azərbaycanda “qeyri adi” nikahlar artıb: Statistika açıqlandı

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Media və sosial şəbəkələr bir neçə gündür ki, 67 yaşlı generalın evlənməsini sensasion hadisə kimi müzakirə edir. Söhbət Polis Akademiyasının sabiq rəisi, polis general-mayoru Nazim Əliyevin özündən 34 yaş kiçik xanımla - 33 yaşlı Həcər Mirzəyeva ilə ailə qurmasından gedir.
Əslində isə Azərbaycanda 67 yaşlı vətəndaşın evlənməsi ilk hadisə deyil.
VVADQ idarələrində hər il bu cür nikahlar qeydə alınır. Sadəcə, 67 yaşlı general Nazim Əliyevin tanınmış şəxs olması bu evliliyi cəmiyyətin diqqət mərkəzində saxlayıb.
Bəs Azərbaycanda oxşar evliliklərin rəsmi statistikası nə deyir?
Demokrat.az xəbər verir ki, Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2024-cü ildə yaşı 60-ı ötmüş 840 kişi rəsmi nikaha girib.
459 kişi isə 55-59 yaşlarında evliliyini rəsmiləşdirib.
50-54 yaşında evlənən kişilərin sayı 634 nəfər olub.
Maraqlıdır ki, 2024-cü ildə 60 yaşdan sonra rəsmi nikaha girən kişilərdən 6-sı 30-34 yaşlı, 11-i isə 35-39 yaşlı xanımlarla evləniblər.
55-59 yaşlı 1 kişi isə özündən təxminən 40 yaş kiçik - 18-19 yaşlarında bir xanımla evlənib.
Digər maraqlı hal yaşı 60-dan yuxarı olan qadınların da ərə getməsilə bağlıdır.
Belə ki, 2024-cü ildə Azərbaycanda 358 qadın 60 yaşından sonra rəsmi nikaha girib. Onlardan 307-si öz həmyaşıdına ərə gedib.
60 yaşı ötmüş qadınlardan bəzilərinin özlərindən xeyli cavan kişiyə ərə getməsi isə əsl qeyri-adi hal sayıla bilər.
Belə ki, 2024-cü ildə yaşı 60-ı üstələyən 7 qadın 45-49 yaşlı kişilərə ərə gediblər.
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Fevral 2026 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri