Azərbaycanda qeyri həyat sığortası bazarı 5 faizdən çox böyüyüb
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
2025-ci ildə Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 651,699 milyon manat sığorta haqqı toplanılıb.
525.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 5,3 % çoxdur.
Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 3 % artaraq 277,463 milyon manata çatıb.
Beləliklə, 12 ay ərzində qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 42,6 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 43,5 manat olub.
Xatırladaq ki, 2025-ci ildə Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 504,709 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2024-cü ilə nisbətən 11,2 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 920,395 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 22,3 % çoxdur.
Ötən il sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 61,2 manatı ödəniş edilib. Əvvəlki il bu göstərici 55,6 manat olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 30 Yanvar 2026 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















