Icma.az
close
up
RU
Azərbaycanda qumar asılılığının müalicəsi harada aparılır? Rəsmi Açıqlama

Azərbaycanda qumar asılılığının müalicəsi harada aparılır? Rəsmi Açıqlama

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son illər onlayn mərc oyunlarının və müxtəlif qumar platformalarının artması ciddi problemə çevirib. Bu asılılıq təkcə maddi itkilərlə yekunlaşmır, həmçinin psixoloji sağlamlığa, ailə münasibətlərinə, sosial həyata da mənfi təsir göstərir. Psixoloqlar bildirirlər ki, digər asılılıqlar kimi qumarın da müalicə üsulları var.
Maraqlıdır ki, bu üsullar Azərbaycanda istifadə edilirmi? Ölkədə qumar asılılığından əziyyət çəkən şəxslər üçün müalicə və reabilitasiya imkanları mövcuddurmu?
Mövzuyla əlaqədar Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən Bizim.Media-ya verilən açıqlamada qeyd edilib ki, qumar asılılığı və digər patoloji asılılıqlar (alkoqol, narkotik maddə asılılığı və s.) kimi narkoloji xidmət çərçivəsində müalicə olunur.
“Qumar asılılığı olan şəxslər Respublika Narkoloji Mərkəzinə, digər narkoloji dispanserlərə və narkoloji xidmət göstərən dövlət tibb müəssisələrinə müraciət edə bilərlər. Zərurət olduqda psixiatriya profilli tibb müəssisələrində də müvafiq tibbi yardım göstərilir.
İlkin müraciət üçün ailə həkiminə müraciət etmək və ya birbaşa psixiatr-narkoloqun qəbuluna yazılmaq mümkündür. Müayinənin nəticələrinə əsasən pasiyent üçün fərdi müalicə və reabilitasiya planı müəyyən edilir”.
Açıqlamada qumarın  müalicəsi üçün istifadə edilən üsullar da qeyd edilib:
“Hazırda yalnız qumar asılılığına həsr edilmiş ayrıca dövlət proqramı tətbiq edilməsə də, Respublika Narkoloji Mərkəzində və digər narkoloji müəssisələrdə pasiyentin klinik vəziyyətinə uyğun olaraq bioloji (farmakoloji) müalicə ilə yanaşı psixo-sosial reabilitasiya üsulları – koqnitiv-davranış terapiyası, motivasiya intervansiyası, ailə terapiyası və digər psixoterapevtik yanaşmalar tətbiq edilir. Müalicə prosesi fərdi yanaşma prinsipi əsasında həyata keçirilir və əsas məqsəd yalnız asılılığın aradan qaldırılması deyil, həm də şəxsin psixoloji vəziyyətinin sabitləşdirilməsi, sosial adaptasiyasının və həyat keyfiyyətinin yaxşılaşdırılmasıdır”.
Bəs narkotik və alkoqol asılılığı kimi qumar asılılığı üçün də ixtisaslaşmış şöbə fəaliyyət göstərirmi?
“Qumar asılılığı üçün ayrıca ixtisaslaşmış şöbə fəaliyyət göstərmir. Qumar asılılığı mövcud narkoloji xidmət sistemi çərçivəsində psixiatr-narkoloqlar tərəfindən müasir müalicə və reabilitasiya üsulları əsasında idarə olunur.
Respublika Narkoloji Mərkəzində və digər narkoloji müəssisələrdə bu kateqoriyadan olan pasiyentlərə zəruri tibbi, psixoloji və psixo-sosial yardım göstərilir. Mövcud narkoloji xidmət infrastrukturu qumar asılılığı olan şəxslərin diaqnostikası, müalicəsi və reabilitasiyasının həyata keçirilməsinə imkan verir”, -deyə məlumatda vurğulanıb.
Nəzrin Mirzəyeva,  Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://bizim.media
archiveBu xəbər 06 Avqust 2026 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see416

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see330

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see324

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see264

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see234

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see234

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see231

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see227

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see211

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see207

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see198

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see197

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see195

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see195

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see194

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see186

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see185

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see179

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri