Icma.az
close
up
RU
Azərbaycanda regional süni intellekt infrastrukturu qurulacaq

Azərbaycanda regional süni intellekt infrastrukturu qurulacaq

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Azərbaycanda regional süni intellekt infrastrukturu qurulacaq.

“APA-Economics” xəbər verir ki, bunu bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin "Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda təşkil etdiyi ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov deyib.
Nazir müavini qeyd edib ki, “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nda ikinci əsas istiqamət data və infrastrukturla bağlıdır: “İlk mərhələdə ölkədə “Nvidia” şirkətinin qrafik çipsetlərinə əsaslanan infrastruktur artıq qurulub. “AZCON Holding”in tabeliyində olan “Azintelecom” şirkəti tərəfindən qrafik çipsetlərdən ibarət superkompüter mərkəzi artıq ötən ilin noyabr ayında istifadəyə verilib. 32 qrafik çipsetdən ibarət bu mərkəz bu gün müxtəlif dövlət qurumlarına və özəl sektor nümayəndələrinə həm süni intellekt modellərinin hazırlanması və inkişafı, həm də onların istifadəsi ilə bağlı xidmətlər göstərir”.
Saməddin Əsədov vurğulayıb ki, 30 çipset Azərbaycanın ehtiyacları üçün həqiqətən çox azdır:
“O cümlədən İqtisadiyyat Nazirliyi də bu istiqamətdə fəaliyyət göstərir və onlar da yeni superkompüterlər qururlar. İnanırıq ki, yaxın gələcəkdə bu superkompüterlərin həcmi dəfələrlə artmalıdır. Prezident İlham Əliyev öz çıxışlarında Azərbaycanın süni intellekt və infrastruktur sahəsində regional mərkəzə çevrilməsi kimi bir vəzifə qarşısında qoymuşdur. Biz bu sahədə “hyperscaler” deyilən dünyanın aparıcı şirkətləri ilə artıq danışıqlara başlayırıq. Bunlar “Amazon Web Services”, “Google Cloud” və “Microsoft Azure” kimi böyük şirkətlərdir. Son illər tendensiya göstərir ki, bu hyperscaler şirkətləri özləri data mərkəzləri artıq qurmurlar. Data mərkəzlərinin qurulması üzrə yeni bir şirkətlər siyahısı yaranıb. Bunlara “Neo Cloud”, yəni yeni bulud şirkətləri deyilir. Biz bu yeni cloud şirkətləri ilə həm biz, həm də İqtisadiyyat Nazirliyi ortaq şəkildə fəaliyyət göstərərək danışıqlara başlamışıq. Ümid edirik ki, yaxın gələcəkdə ölkəmizdə təkcə ölkə səviyyəsində deyil, regional səviyyədə də ən böyük süni intellekt infrastrukturu qurula biləcək”.

“Ötən ildən ədliyyə sistemində “e-Qanun” süni intellekt həlli tətbiq olunub. Hazırda elektron məhkəmə sahəsində də aktiv işlər görülür. Amma bu sadəcə deyilənlərdən bir hissəsidir. Kənd Təsərrüfatı Nazirliyində də çoxsaylı süni intellekt həllərinin olduğunu gördük. Bu, təbii ki, bizi sevindirir. Oxşar layihələr digər mərkəzi icra hakimiyyəti orqanlarında da həyata keçirilir. İstər təhsil sahəsində olsun, istər digər sahələrdə bu işlər görülür. Gördüyümüz ondan ibarətdir ki, yaxın zamanlarda həm süni intellekt alqoritmləri, həm də süni intellekt infrastrukturu inkişaf edəcəkdir”, - deyə nazir müavini əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://apa.az
archiveBu xəbər 11 Mart 2026 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see353

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see293

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see292

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see291

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see283

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see275

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see268

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see267

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see266

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see253

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see248

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see247

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see245

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see244

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see235

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see234

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see232

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see222

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri