Icma.az
close
up
RU
Azərbaycanda repetitorluq ləğv edilir?

Azərbaycanda repetitorluq ləğv edilir?

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

“Repetitorluq gələcəkdə tamamilə aradan qalxa bilər”.

Bunu yerli mediaya müsahibəsində İctimai Şuranın sədri, pedaqogika üzrə elmlər doktoru, Bakı Dövlət Universitetinin Pedaqogika kafedrasının professoru Hikmət Əlizadə deyib.

O, şagirdlərin repetitorların yanına getməsini məqsədəuyğun hesab etmir:

"Fikrimcə, müəllim biləndə ki, şagirdi başqa bir müəllimin yanına hazırlığa gedir, bu, həmin müəllim üçün utanc olmalıdır. Deməli, müəllim öyrədə bilmir, amma başqası öyrədə bilir. 

Bəs o zaman müəllim sinfə niyə daxil olur?

Bu gün təhsil sahəsində çox böyük islahatlar aparılır. Hələ ki, bununla bağlı məlumat vermək istəmirəm. 

Düşünürəm ki, həmin islahatların həyata keçirilməsi repetitorluğun tədricən aradan qalxmasına kömək edəcək. Düzdür, bunun üçün ilk növbədə valideynlərin psixologiyasını dəyişmək lazımdır".

Bəs repetitorluğun aradan qaldırılması realdırmı, yoxsa bu daha çox nəzəri yanaşmadır?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib ki, repetitorluq probleminin kökü imtahan tələbləri ilə məktəbdə verilən biliklərin tam üst-üstə düşməməsidir:

"Repetitorluğun aradan qaldırılması ilə bağlı hazırda real tətbiqlər mövcud deyil. Bu istiqamətdə nəticə əldə etmək üçün ilk növbədə qəbul imtahanı modelində müəyyən dəyişikliklər edilməlidir, fənlərin sayı minimallaşdırılmalıdır.

Eyni zamanda, yuxarı sinifləri əhatə etməyən tapşırıqları yenidən nəzərdən keçirilməli, əsas diqqət 10 və 11-ci siniflərə yönəldilməli və hazırlığın məktəb daxilində keçirilməsinə imkan yaradılmalıdır. Yalnız bundan sonra müəyyən dəyişikliklər müşahidə oluna bilər.

Həmçinin qaydalar bir qədər sərtləşdirilməlidir. Repetitor fəaliyyəti ilə məşğul olan şəxslərin bir qismi vergidən yayınır. Əgər onlar bu sahədə fəaliyyət göstərirlərsə, təbii ki, qanunvericilik çərçivəsində işləməlidirlər. 

Qeyd edim ki, dövlət tərəfindən bu istiqamətdə müəyyən tədbirlər görülür və ehtimal ki, 4–5 il sonra bu addımların real nəticələrini daha aydın görə biləcəyik".

Onun sözlərinə görə, hazırda da bu sahədə işlər aparılır:

"Məsələn, məktəblərdə təmayülləşmə sinifləri yaradılır və 10–11-ci sinif şagirdləri məhz həmin siniflərdə ixtisas qrupları üzrə hazırlıq keçə bilirlər. Düzdür, hələlik bunun tam effektini görmürük, lakin yenə də dövlət tərəfindən müəyyən addımlar atılır.

Qarşıdakı dövrdə müəllimlərin vahid iş rejiminin tətbiqindən sonra ən azı məktəbdaxili hazırlığın təşkili nəzərdə tutulur. Yəni dərsdən sonrakı fəaliyyət çərçivəsində ali məktəblərə və ya kolleclərə hazırlaşan şagirdlərin hazırlığı məktəbdə həyata keçirilə bilər.

Hesab edirəm ki, repetitorluq sahəsində xarici təcrübədən daha çox yararlanmalıyıq. Məsələn, xarici ölkələrdə valideynlər övladının hansı fəndə daha yaxşı olduğunu müəyyənləşdirir və məhz həmin fənn üzrə hazırlığa yönləndirirlər.

Bizdə isə bəzən uşaq hansısa fənni mənimsəyə bilməsə belə, məcburi şəkildə həmin fəndən repetitor yanına göndərilir. Nəticədə, bir çox valideynlər övladlarını 6–7 fənn üzrə hazırlığa qoyur və bu da repetitor bazarının daha da genişlənməsinə səbəb olur".

Ekspert qeyd edib ki, bu baxımdan dövlət müdaxiləsi vacibdir:

"Qaydalar sərtləşdirilməli və qəbul edilən qərarlar effektiv şəkildə tətbiq olunmalıdır. Əslində mövcud təhsil sistemi şagirdin əlavə hazırlığa ehtiyac duymaması üçün kifayət qədər imkanlar yaradır.

Sadəcə, imtahan sualları yuxarı sinif proqramına uyğun tərtib edilməli, xüsusilə 10–11-ci sinifləri əhatə etməlidir. Bu halda məktəbdə verilən biliklər əsasında hər bir şagird normal hazırlaşaraq ali məktəbə qəbul ola bilər.

Gülər Həsənli 
"Cebheinfo.az"

Açar sözlər: repetitor Elçin Əfəndi

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Aprel 2026 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see406

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see301

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see229

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see224

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see222

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see219

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see218

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see207

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see204

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see195

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see194

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see190

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see187

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see186

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see179

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see178

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see174

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see166

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see163

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri