Icma.az
close
up
RU
Azərbaycanda Roblox oyun platforması bağlana bilər

Azərbaycanda Roblox oyun platforması bağlana bilər

525.az saytına istinadən Icma.az xəbər verir.

Dünyanın bir sıra ölkələrində qadağan olunan "Roblox" oyun platformasına Azərbaycanda da məhdudiyyətlər qoyulması planlaşdırılır. Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsi tərəfindən "Roblox"a müraciət ünvanlanıb.

Komitədən bildirilib ki, bu platforma geniş oyun şəbəkəsinə malikdir və uşaqlar üçün demək olar ki, heç bir ciddi giriş məhdudiyyəti mövcud deyil. Uşaqlar orada öz ideyalarını sərbəst şəkildə reallaşdıra, həmin məzmunu dərhal ictimailəşdirə və digər uşaqları da bu prosesə cəlb edə bilirlər. Bu isə ciddi və zərərli nəticələr doğura bilər: "Rəsmi müraciətdə iradlar bildirilib və onların nəzərə alınmasını tələb edilib. Əgər bu məsələlər əməkdaşlıq çərçivəsində həll olunarsa, bu yol seçiləcək. Əks halda isə qanunvericilik təşəbbüsləri ilə çıxış olunacaq. Hesab edilir ki, təkcə uşaqların deyil, ümumilikdə vətəndaşların sosial şəbəkələrdə davranışı məsələsi də bizi ciddi addımlar atmağa vadar edir. Təəssüf ki, bəzən yalnız uşaqlar və gənclər deyil, yetkin yaşlı-başlı adamlar belə etik normaları və dəyərləri pozan davranışlar sərgiləyirlər".

Məlumata görə, 2006-cı ildə istifadəyə verilən "Roblox" təkcə oyun deyil, istifadəçilərin yaratdığı minlərlə fərqli "təcrübə" və minioyundan ibarət platformadır. Burada istifadəçilər avatarlarını fərdiləşdirə, öz dünyalarını qura, digərlərinin hazırladığı oyunlara qoşula bilirlər. Şirkətin açıqlamasına görə, hazırda 85 milyondan çox gündəlik aktiv istifadəçi platformadan istifadə edir. Onların təxminən 40 faizini 13 yaşdan aşağı uşaqlar təşkil edir. Bu isə "Roblox"u azyaşlılar üçün dünyanın ən geniş istifadəçi bazasına malik onlayn mühitlərindən birinə çevirir. İrlandiyada aparılan araşdırmalara görə, 8-12 yaş arası uşaqlar arasında ən populyar platforma məhz "Roblox"dur. Məktəblilərin 40 faizi burada aktiv oyunçudur.

Qeyd edək ki, Küveyt bu həftə dünyada milyonlarla uşağın oynadığı məşhur onlayn oyun platforması "Roblox"u rəsmi şəkildə qadağan edib. Rabitə və İnformasiya Texnologiyaları Tənzimləmə Təşkilatı valideynlərin çoxsaylı şikayətlərinə və digər qurumların xəbərdarlıqlarına əsaslanaraq qərarın uşaqları zorakılıq, qeyri-etik davranış və təhlükəli sosial təcrübələrdən qorumaq məqsədi daşıdığını bildirib. Bununla "Roblox"un bloklandığı ölkələrin siyahısına Türkiyə, Oman, Qətər və Çinlə yanaşı, Küveyt də qoşulub. Hökumətlər əsas səbəb kimi uyğun olmayan məzmunu və uşaqlar üçün təhlükə risklərini göstərirlər.

Platforma həmçinin ABŞ-də də təzyiq altındadır. Luiziana ştatında açılmış məhkəmə iddiasında "Roblox" uşaqları təhlükəli məzmun və risklərindən qoruya bilməməkdə ittiham olunur. Bundan əlavə, 2025-ci il sentyabrın 1-də "Roblox"un bağlanacağı barədə yayılan şayiələr də milyonlarla istifadəçi arasında çaşqınlıq yaradıb, lakin şirkət bu məlumatı təkzib edib.

"Roblox" oyun platforması Rusiyada rəsmi olaraq bloklanıb. "Roblox" istifadəçilərin oyunlar yaratdıqları və başqaları tərəfindən yaradılan oyunları oynadıqları onlayn platformadır. Bu, həm uşaqlar, həm də yeniyetmələr arasında populyar olan, bir-biri ilə qarşılıqlı əlaqədə ola və öz dünyalarını yarada bilən bir çox janrı əhatə edən geniş virtual məkandır

Qazaxıstanda da uşaqlar və yeniyetmələr arasında "virtual asılılıq", aqressiv davranış və real həyatdan uzaqlaşma halları ilə əlaqədar Roblox platformasına girişin məhdudlaşdırılması təklif edilib.

Psixoloq Vəfa Əkbərin sözlərinə görə, videooyun asılılığı son zaman uşaq və yeniyetmələr arasında çox geniş yayılıb. Çünki o yaş dövründə istəkləri, maraqları nəzarətdə saxlamaq bir az çətin olur. Daha çox internet, videooyun asılılığı bir sıra problemlər yaradır: "Son illərdə "Roblox" platforması uşaqlar və yeniyetmələr arasında ən populyar rəqəmsal oyun mühitlərindən birinə çevrilib. Oyun təkcə əyləncə vasitəsi deyil, eyni zamanda sosiallaşma, yaradıcılıq və özünüifadə platforması kimi təqdim olunur. Lakin "Roblox"un bəzi xüsusiyyətləri düzgün nəzarət olunmadıqda asılılıq yaradan davranışlara səbəb olur. Səviyyələr, virtual pullar (Robux), nadir əşyalar beynin dopamin sistemini aktivləşdirir. Bu isə "daha bir dəfə oynamaq" istəyi yaradır. Uşaqlar oyunda dostluq qurur, qruplara daxil olur, tanınmaq və qəbul olunmaq hissi yaşayırlar. "Roblox"da oyunlar heç vaxt "tam bitmir". Bu da psixoloji olaraq fasilə verməyi çətinləşdirir. Uzunmüddətli və intensiv oyun prosesi uşağın diqqət mexanizmini zəiflədir, səbr və davamlılıq tələb edən tədris fəaliyyətlərini isə onun üçün maraqsız edir. Oyun asılılığı olan insanlarda davranış pozğunluğu, reallığı qəbul etməmək problemi, vaxtı boşuna sərf etmək vərdişi yaranır. Belə şəxslər öz davranışlarında da idarəetməni itirirlər. Onlarda aktivlik azalır, yuxu, qida problemi yaranır - ya çox yeyir, ya da qidadan tamamilə imtina edirlər. Beləliklə də, psixoloji və fiziki asılılıq başlayır. Bu asılılıq nikotin, narkotik və alkoqol vasitələrdən asılılığa bənzəyir. Baxmayaraq ki, burada heç bir kimyəvi təsir yoxdur. Bu, psixoloji asılılıqdır. Yeniyetmələrdə bu vərdişin yaranmasına səbəb həmyaşıdları ilə ünsiyyətdə olmamalarıdır. Ünsiyyətə girməyən, asosial və özünəqapanıq uşaqlar internetdən, videooyunlardan asılı olurlar. Belə insanlar virtual həyatda özlərini daha komfortlu hiss edirlər".

Vəfa Əkbər bildirib ki, yeniyetməyə təzə telefon və kompüter alındıqda ilk bir ayda onların bu smart cihazlara marağı və həvəsi çox güclü olur. Bir aydan sonra bu maraq keçməzsə, onda asılılığın ikinci mərhələsi başlayır. Yeniyetmə artıq videooyunlara 2-3 saat, bəzən isə daha artıq vaxt ayırır. Real dünyadan uzaqlaşıb sırf virtual həyata qapanma onun inkişafına, həyata marağının azalmasına səbəb olur. Tədricən onun davranışlarında emosional gərginlik, neqativ reaksiyalar müşahidə edilir. Növbəti, üçüncü mərhələdə yeniyetmə özünə nəzarəti itirməyə başlayır. Çox emosional olmaqla yanaşı, tez həyəcanlanır, yüksək səslə danışır, valideynlərinə qarşı kobud davranış nümayiş etdirərək aqressiv olur. Onlar dərslərə, oxumağa maraq göstərmir, fikir dağınıqlığından, özünü ifadə etməkdə çətinlik çəkirlər. Əhval-ruhiyyəsi tez-tez dəyişir. Ən ağır, klinik asılılıq zamanı isə yeniyetmə vaxtının 16-18 saatını videooyun oynamaqla keçirir. Bu zaman onlarda inpulsivlik itir, isterik davranışlar, özünəqapanma kimi hallar müşahidə olunur".

Vəfa Əkbərin dediyinə görə, yeniyetmələrin maraq göstərdiyi videooyunlara valideynlər tərəfindən ciddi nəzarət olunmalıdır. Çünki uşaqlar valideynlərin diqqətindən yayınıb uyğunsuz videoyunlara baxırlar: "Valideynlər övladlarının hansı oyunları oynadıqlarına mütləq şəkildə nəzarət etməlidir. Videooyunların mənfi təsirləri barədə uşaqlara məlumat verilməlidir. Mümkün qədər çox ünsiyyətdə olmaq, söhbətləşmək, onlarla daha çox vaxt keçirmək lazımdır. Uşağın boş vaxtını səmərəli şəkildə dəyərləndirilməlidir ki, o da videooyunlara maraq göstərməsin. Yox, əgər yeniyetmədə videooyun alidəçiliyi varsa, valideyn çalışmalıdır ki, tənqid etmədən, cəzalandırmadan övladını oyun asılılığından xilas etsin".

Sevinc QARAYEVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:492
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Fevral 2026 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see375

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see240

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see236

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see220

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see219

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see218

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see207

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see196

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see194

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see192

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see191

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see189

Çinlilərdən inqilabi neft emalı üsulu

27 Sentyabr 2026 11:26see189

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see187

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see187

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

27 Sentyabr 2026 13:58see184

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

27 Sentyabr 2026 17:54see183

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see181

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see177

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri