Icma.az
close
up
RU
Azərbaycanda şagirdlər ictimai nəqliyyatdan pulsuz İSTİFADƏ EDƏCƏK?

Azərbaycanda şagirdlər ictimai nəqliyyatdan pulsuz İSTİFADƏ EDƏCƏK?

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

Almaniya hökuməti yeni sosial proqram çərçivəsində 6 yaşından 18 yaşınadək dövlət məktəblərində təhsil alan uşaqlara aylıq pensiya dəstəyi ayırmağı planlaşdırır. Sözügedən təşəbbüs 2026-cı il yanvarın 1-dən etibarən qüvvəyə minə bilər. Proqram çərçivəsində məktəbə başlayan hər bir uşaq üçün dövlət tərəfindən aylıq 10 avro məbləğində pensiya ödənişi həyata keçiriləcək. 

Bundan əlavə Rusiyada şagirdlər üçün ictimai nəqliyyatdan istifadə əksər regionlarda tamamilə pulsuzdur. Dövlət bu dəstəklə valideynlərin gündəlik nəqliyyat xərclərini azaldır və şagirdlərin məktəbə rahat şəkildə çatmasını təmin edir. 

Azərbaycanda məktəblilər üçün bu kimi təcrübələrdən istifadə oluna bilərmi?

Məsələ ilə bağlı News24.az-a danışan sosioloq Elçin Bayramlı bildirib ki, dünyanın bir çox ölkəsində uşaqlara göstərilən sosial dəstək proqramları bununla kifayətlənmir:

“Rusiyada orta məktəb şagirdləri ictimai nəqliyyatdan pulsuz istifadə edir, məktəbdən ekskursiyalara pulsuz aparılırlar. Həmçinin məktəb ləvazimatlarının alınmasında müxtəlif formada dövlət dəstəyi göstərilir. Avropa ölkələrində də oxşar yanaşmalar var. Təəssüf ki, Azərbaycanda bu cür sistemli sosial dəstək proqramları demək olar ki, mövcud deyil. Amma bu barədə addımlar atılacağı gözlənilir".

Elçin Bayramlının sözlərinə görə, Azərbaycanda uşaq oxutmaq ailələr üçün ciddi maliyyə yükünə çevrilib: 

“Uşaqların çoxu dərsdən əlavə repititor yanına gedir və bu, ailələr üçün aylıq minimum 200-400 manat əlavə xərc deməkdir. Bu, sosial vəziyyəti zəif olan ailələr üçün ciddi çətinlik yaradır”.

Sosioloq hesab edir ki, Azərbaycanda da sosial həssas qrupların uşaqları üçün xüsusi yardım və güzəşt proqramları hazırlanmalıdır: 

“Heç olmasa sosial imkanı zəif ailələrin uşaqları üçün dövlət dəstəyi sistemi qurulmalıdır. Elə uşaqlar var ki, xüsusi idman bacarıqları var, amma valideynlərinin maddi imkanı zəif olduğuna görə idman kurslarına gedə bilmirlər. İdman avadanlıqları, kurslar çox bahadır”.

Aqil Qarayev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://news24.az
archiveBu xəbər 30 May 2025 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see694

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see539

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see529

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see333

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see315

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see310

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see304

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see269

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see269

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see265

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see261

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see260

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see260

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see259

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see257

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see255

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see232

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see208

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see204

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri