Icma.az
close
up
RU
Azərbaycanda sahibkarlar niyə iş yeri açmır?

Azərbaycanda sahibkarlar niyə iş yeri açmır?

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Ölkədə mövcud problemlərdən biri də işsizliklə bağlıdır.

Bu problem bölgələrdə daha çox özünü göstərir. Bunun əsas səbəblərindən biri kimi yerlərdə zavod və fabriklərin, kiçik istehsal müəssisələrinin olmaması göstərilir. 

Onu da vuğulayaq ki, məsələn, qonşu Türkiyədə bölgələrdə fəaliyyət göstərən bir istehsal müəssisəsi həmin istehsal prosesinin bir hissəsini kəndlərdə yaşayan insanlarla bölüşür.

Yəni onlar ev şəraitində həmin işlə məşğul olmaqla qazanc əldə edir. Bizdə isə Sovet dövründə möcud olan zavod-fabriklərin bir çoxu fəaliyyətini dayandırıb.

Nəticədə insanlar iş tapmaq üçün paytaxta üz tuturlar. Qeyd edək ki, 2023-cü ildə ölkədə 14 min 900, 2024-cü ildə 11 mindən çox, bu ilin yanvar-sentyabr aylarında isə 8 min 900 iş yeri bağlanıb.

Beləliklə, 2023-cü ildən bu ilin, 2025-in sentyabr ayının sonunadək ölkədə 34 800 iş yeri bağlanıb, yəni günə 35 nəfər işsiz qalıb.

Bəs sahibkarlar niyə bu qədər işçi qüvvəsi olduğu halda iş yeləri açmaq istəmirlər?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, dövlət tərəfindən müəssisələrin açılmasının əleyhinədir:

“Dövlət biznesdə, istehsalda ən pis menecerdir. SSRİ-nın təcrübəsi var. Sovetin istehsal etdiyi məhsullar çox keyfiyyətsiz olurdu. Dövlətin əlində olan müəssisələrin işi enerji sektorundan başqa o qədər də effektiv olmurdu.

Dövlət ədalətli hakim olmalıdır ki, investorlar iş yerləri açsınlar. İndi görürük ki, Mərkəzi Asiya respublikalarına 10 milyardlarla investisiyalar gəlir. Hətta bazar dəyəri 4 trilyon 410 milyard dollar olan məşhur “NVIDIA” şirkəti Ermənistanda süni intellekt və “startup” layilərinin maliyyələşməsinin 1,5 milyard dollar sərmayə, investisiya qoyacağını açıqlayıb.  

Yaxın 3 ildə, təqribən 10 min keyfiyyətli iş yeri yaranacaq, bundan əlavə, dünyada əsas trend olan süni intellekt üçün lazım olan çiplərdən tutun da, proqram təminatına qədər bir çox sahələrdə aparıcı texnologiyalar Ermənistana gələcək.

Bundan başqa, layihə gənclərin, maraqlı və yüksək gəlirli iş axtaran mütəxəssilərin ölkədən köçünün qarşısı alan faktora çevriləcək. Azərbaycana bu çatışmır. Dövlətin işi müəssisə, zavod-fabrik açmaq deyil. Onları açmağa şərait yaratmaqdır.

Bizdə problem o şəraitin yaranmasındadır ki, müəssisə açmaq istəyən xarici, istərsə də daxili investorlar olsun, güvənib Azərbaycanda fabrik, zavod və yaxud istehsal sahələri açsınlar.  Bunun üçün təşviq proqramları, vergi güzəştləri, kommunal xidmətlərin ucuz olması lazımdır.  

Çinin, Vyetnamın, Laosun inkişaf yoluna baxanda görürük ki, onlar istehsalda rəqabəti yalnız ucuz işçi qüvvəsinə görə deyil, həmin ölkələrdə elektrik enerjisi, təmiz qaz daha ucuz  olduğuna görə uddular. İstehsal açmaq sərfəli idi. Bizdə əksinədir, yəni kommersiya müəssisələrinə kommunal xidmətlər əhalidən daha baha satılır. Bəzi hallarda iki dəfədən də çox baha satılır. 

Belə bir şəraitdə kim müəssisə açacaq və ya investisiyalarla məşğul olacaq? Azərbaycanda problem dövlətdən zavod-fabrik açmağı gözləməkdir, bu yalnışdır. Bizim dövlətdən tələbəmiz, gözləntimiz ondan ibarət olmalıdır ki, ədalətli oyun qaydaları təsis eləsinlər və Azərbaycanda investorlar üçün şəraitin yaxşılaşdırlmasına çalışsınlar. 

İş yerlərinin yaradılmasını biznesmen etməlidir, dövlət dəstək olmalıdır. Türkiyədə bunun dəstəyi var, kiçik sahibkarların vergisi aşağıdır, kəndlərdə dizel yanacağı bazar qiymətindən 3 dəfə ucuz satılır. Bütün bunlar bizdə də olmalıdır”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Noyabr 2025 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see427

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see334

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see328

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see286

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see244

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see238

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see232

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see213

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see211

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see203

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see199

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see197

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see196

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see181

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri