Icma.az
close
up
RU
Azərbaycanda sahibkarların sayı artır

Azərbaycanda sahibkarların sayı artır

Icma.az, Modern.az saytına istinadən bildirir.

2025-ci ilin yanvar ayının 1-nə respublika üzrə uçotda olan 1597229 vergi ödəyicisinin 87 faizi fiziki şəxs, 13 faizi hüquqi şəxs və digər təşkilatlar olub. 2024-cü ilin əvvəli ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5,4 faiz, o cümlədən fiziki şəxslərin sayı 5,1 faiz, hüquqi şəxslərin sayı 7,3 faiz artıb.

Modern.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, 2025-ci ilin yanvar ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 190367 vahid təşkil edib ki, bu da  əvvəlki illə müqayisədə 8 faiz çoxdur.

2024-cü ildə 14.441 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bunun da 89,3 faizi yerli investisiyalı, 10,7 faizi xarici investisiyalı qurumlardır. Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 83,4 faizi elektron qaydada, 16,6 faizi kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb.

Yerli investisiyalı MMC-lərin e-qeydiyyatda xüsusi çəkisi 94 faiz təşkil edib. Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 12.051-i elektron qaydada qeydiyyatdan keçib ki, onlardan 9.780-i Asan İmza ilə, 2.221-i “Finkod + mobil nömrə” üsulu ilə, 50-si isə “SİMA” rəqəmsal imza vasitəsi ilə edilmiş müraciətlər əsasında qeydə alınıb.

Yanvar ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 40416 vahid təşkil edərək əvvəlki illə müqayisədə 15,7 faiz artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi 32,2 faiz təşkil edib.

Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,4 faizi MMC, 1,2 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb.

2025-ci ilin yanvar ayının 1-nə dövlət qeydiyyatında olan 125696 kommersiya qurumunun vəziyyəti aktiv olub. 2024-cü ilin əvvəli ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 11,6 faiz artıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Yanvar 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see328

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see328

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see325

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see265

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see259

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see257

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see255

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see251

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see250

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see237

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see215

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see209

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see209

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see208

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see208

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see205

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see205

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see203

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see201

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri