Icma.az
close
up
RU
Azərbaycanda sammit keçiriləcək Liderlər ölkəmizə GƏLİR

Azərbaycanda sammit keçiriləcək Liderlər ölkəmizə GƏLİR

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

İyulun 3-4-də Azərbaycan mühüm beynəlxalq tədbirə ev sahibliyi edəcək.

Modern.az-ın məlumatına görə, ölkəmizdə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) XVII sammiti keçiriləcək.

Sammitdə təşkilata üzv dövlətlərin prezidentləri və baş nazirləri, həmçinin yüksək səviyyəli beynəlxalq nümayəndələr iştirak edəcək.

Toplantıda üzv ölkələr arasında iqtisadi inteqrasiya, ticarət, nəqliyyat-logistika, enerji təhlükəsizliyi, iqlim dəyişikliyi və sosial inklüzivlik kimi mövzular müzakirə olunacaq. Həmçinin bir sıra ikitərəfli görüşlər və sənəd imzalanmaları da gözlənilir.

İqtisadi Əməkdaşlıq Təşkilatı nədir?

İqtisadi Əməkdaşlıq Təşkilatı 1985-ci ildə İran, Türkiyə və Pakistan tərəfindən yaradılıb. Əvvəllər "Regional Cooperation for Development" (RCD) adı ilə tanınan birlik 1992-ci ildə Azərbaycan da daxil olmaqla daha 7 ölkənin üzvlüyə qəbul olunması ilə genişlənib.

Hazırda təşkilata 10 ölkə üzvdür: Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistan.

Təşkilatın əsas məqsədi üzv dövlətlər arasında iqtisadi əməkdaşlığı dərinləşdirmək, regional ticarət imkanlarını artırmaq və dayanıqlı inkişafı təşviq etməkdir.

Qeyd edək ki, Türkiyə mətbuatı Prezident Rəcəb Tayyib Ərdoğanın sammitdə iştirak edəcəyini yazıb. Digər ölkələrin də liderlər səviyyəsində təmsil olunacağı gözlənilir.

Elnur Əmirov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 İyun 2025 23:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin güclü Rusiya obrazı yaradır

03 Oktyabr 2025 12:35see283

Nəsə olsa varlılar yox, siz kasıblar öləcəksiniz Video

03 Oktyabr 2025 10:52see213

UEFA Çempionlar Liqasının formatı dəyişir

03 Oktyabr 2025 23:56see154

Xalq artisti Tünzalə Ağayeva “Best of Aygun” layihəsində VİDEO

03 Oktyabr 2025 19:21see146

Xalq artisti Hacıbaba Bağırovun vəfatından 19 il ötür

04 Oktyabr 2025 09:36see132

ABB və “Azər Türk Bank”la bağlı FƏRMAN

04 Oktyabr 2025 11:57see130

Türkiyənin energetika naziri: “Rusiya nefti ilə bağlı qərarı şirkətlər özləri verir”

03 Oktyabr 2025 20:50see130

Fransa klubunun qapıçısını 20 ilədək həbs gözləyir

04 Oktyabr 2025 04:23see130

Polis sinaqoqa hücumda ölənlərdən birini səhvən güllələyib

03 Oktyabr 2025 15:35see126

Alzheimerin müalicəsində yeni üsul kəşf olundu

04 Oktyabr 2025 07:07see126

Yaponiya hakim partiyanın yeni sədrini seçəcək

04 Oktyabr 2025 05:22see125

Cabir İmanovun dəfnində bu foto rezonans yaratdı Sirlər açıldı

03 Oktyabr 2025 21:18see124

AXINA QARŞI BİR ÖMÜR SEYİD ƏZİM OLMAQ

04 Oktyabr 2025 10:31see123

“Rusiya NATO ya hücum edə bilməz, Avropa öz problemləri ilə məşğul olsun” PUTİN

03 Oktyabr 2025 13:10see123

Bu kimi nailiyyətlər gələcək qələbələr üçün möhkəm zəmin yaradır Rövşən Nəcəf

04 Oktyabr 2025 20:35see123

Premyer Liqa: “Sumqayıt” “Turan Tovuz”a qarşı

04 Oktyabr 2025 09:45see123

Tiflisdə 3 nəfərlik ailə 22 ci mərtəbədən yıxılaraq ölüb

04 Oktyabr 2025 15:34see123

Atam ağlayırdı, anam keyimişdi, mən isə qəh qəhə atıram

04 Oktyabr 2025 14:52see122

Qan şəkərini tarazlayan təbii qidalar Şəkərə qarşı təsirli üsul

04 Oktyabr 2025 05:06see122

Saatlıda piyadanın vurulması ilə nəticələnən qəza olub

04 Oktyabr 2025 01:33see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri