Icma.az
close
up
RU
Azərbaycanda saxta qızıl satışına SON?

Azərbaycanda saxta qızıl satışına SON?

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda müasir tələblərə cavab verən əyar laboratoriyalarının yaradılması, onların beynəlxalq standartlara uyğun avadanlıqlarla təchiz edilməsi, eləcə də ixtisaslı kadr potensialının gücləndirilməsi prioritetdir. 

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məlumatına görə, bu barədə qurumda "Azərbaycan Zərgərlər Assosiasiyası" İctimai Birliyinin nümayəndə heyəti ilə keçirilmiş görüşdə məlumat verilib. Məlumata görə, görüşdə həmçinin ölkənin müxtəlif iri zərgərlik obyektlərini və istehsal sahələrini təmsil edən sahibkarlıq subyektlərinin nümayəndələri də iştirak ediblər. 

Agentlik sədrinin müşaviri İlqar Həsənov və Assosiasiyanın İdarə Heyətinin sədri Toğrul Abbasquliyevin iştirakı ilə ölkədə keyfiyyət infrastrukturunun inkişafı, xüsusilə əyar nəzarəti sisteminin formalaşdırılması məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb. 

Agentliyin əyar nəzarətinin təşkili ilə əlaqədar bugünədək gördüyü işlər, eləcə də maddi-texniki bazanın qurulması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib. Müzakirələr zamanı əyar mexanizminin hüquqi çərçivəsi və qiymətli metallardan hazırlanmış məmulatların əyarlanması və damğalanması məsələlərindən bəhs edilib. 

Qeyd olunub ki, bu istiqamətdə atılan addımlar zərgərlik sektorunda bazar iştirakçıları üçün əlverişli mühitin formalaşdırılmasına, istehlakçı hüquqlarının qorunmasına və sağlam rəqabət mühitinin formalaşdırılmasına xidmət edəcək. 

“Cebheinfo.az” xəbər verir ki, Azərbaycanda müasir tələblərə cavab verən əyar laboratoriyalarının yaradılması və əyar nəzarəti sisteminin formalaşdırılması beləliklə həllini tapmaq üzrədir.

Azərbaycanda qızıl bazarında uzun illərdir davam edən nizamsızlıq və nəzarət boşluğu ciddi problemlər yaradıb. Vaxtilə fəaliyyət göstərən Əyar Palatasının ləğvindən sonra bazarda saxta və aşağı əyarlı qızıl məmulatlarının sayı artmağa başlayıb. 

Nəticədə həm istehlakçıların hüquqları pozulub, həm də bazara inam azalıb. Məlumdur ki, qızıl məmulatları geri qaytarılmayan mallar siyahısına daxildir. Bu da vətəndaşların aldadıldığı hallarda öz hüquqlarını müdafiə etməsini faktiki olaraq mümkünsüz edib. 

Üstəlik, alınan məmulatın əyarının düzgün olub-olmadığını yoxlatdırmaq üçün ixtisaslaşmış, etibarlı laboratoriyaların olmaması sübutetmə imkanlarını tamamilə aradan qaldırıb. Bu səbəbdən son illərdir əyar laboratoriyalarının yaradılmasının vacibliyi dəfələrlə vurğulanırdı. 

Mütəxəssislər bildirirdilər ki, müasir avadanlıqlarla təchiz olunmuş, beynəlxalq standartlara uyğun laboratoriyalar olmadan bazarda şəffaflıq və sağlam rəqabət mümkün deyil. İndi isə görünən odur ki, bu istiqamətdə konkret addımlar atılır. 

Dövlət qurumları ilə zərgərlik sektorunun nümayəndələri arasında aparılan müzakirələr, əyar nəzarətinin yenidən formalaşdırılması və laboratoriyaların yaradılması qızıl bazarında uzun müddətdir gözlənilən nizam-intizamın bərpa olunacağına ümid yaradır. Bu addımların reallaşması həm vətndaşların hüquqlarının qorunmasına, həm də zərgərlik sektorunda etibarlı və şəffaf mühitin formalaşmasına xidmət edə bilər. 

Gülər Həsənli 
“Cebheinfo.az”

Açar sözlər: saxta qızıl satış

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Dekabr 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see413

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see300

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see296

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see289

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see281

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see271

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see270

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see258

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see253

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see237

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see230

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see223

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see204

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see194

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see193

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see180

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see168

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri