Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsi başa çatır
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsi prosesi başa çatır.
APA-nın xəbərinə görə, Seçki Məcəlləsinə əsasən, məntəqə seçki komissiyaları hər il fevralın 5-dək öz ərazilərində seçici siyahılarını dəqiqləşdirərək dairə seçki komissiyalarına (DSK) təqdim etməlidirlər.
DSK-lar ən gec aprelin 5-dək seçki dairələri üzrə dəqiqləşdirilmiş ilkin seçici siyahılarını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməlidir. MSK da öz növbəsində vahid seçicilər siyahısının ölkə üzrə tərtib edilməsini həyata keçirməlidir. Seçicilərin daimi siyahısı hər bir seçki məntəqəsi üzrə məntəqə seçki komissiyası tərəfindən MSK-nın müəyyənləşdirdiyi formada hər il mayın 30-dək təsdiq edilməlidir.
MSK sabah seçici siyahılarının dəqiqləşdirilməsi prosesinə yekun vuracaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 25 May 2026 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















