Icma.az
close
up
RU
Azərbaycanda seçici siyahısının dəqiqləşdirilməsinə başlanılıb RƏSMİ

Azərbaycanda seçici siyahısının dəqiqləşdirilməsinə başlanılıb RƏSMİ

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, 2026-cı il yanvar ayının əvvəllərindən etibarən başlanan ölkə üzrə vahid seçicilər siyahısının dəqiqləşdirilməsi prosesi davam edir. 

Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq Mərkəzi Seçki Komissiyasından məlumat verilib.

Bildirilib ki, qanunvericiliklə müəyyənləşdirilmiş qaydada seçici siyahıları ilkin mərhələdə hər bir seçki məntəqəsi üzrə məntəqə seçki komissiyaları tərəfindən dəqiqləşdirilir və fevralın 5-dək dairə seçki komissiyalarına verilir. 

Dairə seçki komissiyaları isə öz növbəsində seçki dairələri üzrə seçici siyahılarını dəqiqləşdirdikdən sonra əlaqədar qurumlardan daxil olan məlumatlarla bir daha təhlil edərək siyahıları aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına təqdim edirlər. 

Bundan sonra Mərkəzi Seçki Komissiyası seçicilərin daxil olduğu məlumat bazasını toplayır, orada olan mümkün təkrar və qeyri-dəqiqlikləri seçicilərin məlumatlarının keyfiyyət və say təhlili üçün xüsusi proqram təminatı vasitəsi ilə bir daha dürüstləşdirir, müxtəlif parametrlər üzrə texniki təftiş edir və may ayının sonunadək Komissiyanın bununla bağlı iclasında prosesə yekun vurur.

Seçki qanunvericiliyinin tələblərinə əsasən dəqiqləşdirmə prosesi baş çatdıqdan sonra seçici siyahıları Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsində yerləşdirilməklə ictimailəşdirilir.

Ayxan
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:236
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 29 Yanvar 2026 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see530

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see287

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see280

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see276

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see269

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see268

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see262

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see255

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see237

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see234

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see234

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see230

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see221

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see220

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see220

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see213

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see211

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see210

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see208

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri