Icma.az
close
up
RU
Azərbaycanda səfərdə olan mərakeşli jurnalistlər Milli Kitabxananın qonağı olub

Azərbaycanda səfərdə olan mərakeşli jurnalistlər Milli Kitabxananın qonağı olub

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

İyulun 5-də Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycana səfər edən Mərakeşli jurnalistlər Azərbaycan Milli Kitabxanasının qonağı olub. Qonaqları Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qəbul edib.

Qonaqları salamlayan Kərim Tahirov Milli Kitabxana haqqında ümumi məlumat verib. Mərakeşlə Azərbaycan arasında dostluq münasibətlərinin mövcud olduğunu bildirib. Azərbaycan Milli Kitabxanasının dünyanın 57 Milli Kitabxanası ilə qarşılıqlı əmakdaşlıq haqqında Memorandum imzaladığını, Mərakeş Milli Kitabxanası ilə isə mövcud müqavilənin oktyabr ayında yenilənəcəyini diqqətə çatdırıb. 5 milyona yaxın kitab fondu olan Azərbaycan Milli Kitabxanasının 2023-cü ildə 100 illik yubleyinin qeyd olunduğunu vurğulayan direktor Milli Kitabxananın dünyanın 95-dən artıq Milli və Universitet kitabxanaları ilə Beynəlxalq kitab mübadiləsi etdiyini söyləyib. Azərbaycan Milli Kitabxanasının Avropa Milli Kitabxanaları Konfransı təşkilatının (CENL), İFLA, Türk Dünyası Milli Kitabxanaları Birliyinin, BAE və b. Beynəlxalq Kitabxana Təşkilatlarına üzv olduğunu deyib. 

Direktor son iki ildə Azərbaycan Respublikasınının Mədəniyyət Nazirliyi ilə birlikdə Azərbaycan Milli Kitabxanasının 6 dünya Milli Kitabxanasında Azərbaycan ədəbiyyatı guşəsinin açıldığını  diqqətə çatdırıb. 

Azərbaycanın tarixini, mədəniyyətini,  ədəbiyyatını, adət-ənənələrinin təbliği istiqamətində Milli Kitabxananın dünyaya açılan pəncərələrdən  biri olduğunu qeyd edib. 

Sonra Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov Mərakeşin Elektron Media News jurnalının jurnalisti Driss Lyakoubi, Morocco World News jurnalının həmtəsisçisi və direktoru Adnane Bennis,  Maroc Habdo fransızdilli həftəlik siyasi jurnalın jurnalisti Aissa Amourag və digər jurnalistlər tərəfindən verilən sualları ətraflı şəkildə cavablandırıb.

Morocco World News jurnalının həmtəsisçisi və direktoru Adnane Bennis tərəfindən “The Self-Determination Delusion: How Activist Scholars and Journalists Have Hijacked the Western sahara Case” kitabını Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirova hədiyyə edib.

Azərbaycan Milli Kitabxanası ilə yaxından tanış olan qonaqlar kitabxananı çox bəyəndiklərini söyləyiblər.

Sonda direktor prof. Kərim Tahirov qonaqlara Milli Kitabxananın 100 illik yubileyi münasibətilə çap olunan “Azərbaycan Milli Kitabxanası” fotoalbomunu hədiyyə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 İyul 2025 19:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri