Azərbaycanda sənaye zonalarına investisiyaların həcmi açıqlanıb
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Azərbaycan qeyri-neft sektorunun sənayeləşməsini sənaye zonaları vasitəsilə təmin edib.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda panel müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli deyib.
“Hazırda sənaye zonalarımızda 170-dən çox müəssisə qeydiyyatdan keçib. Bu zonalara 4 milyard dollardan artıq sərmayə qoyulub və 10 min nəfərdən çox iş yeri yaradılıb”,- deyə nazir müavini əlavə edib.
S.Bəşirli sənaye üçün əlverişli mühit yaratmağın önəmli olduğunu vurğulayıb:
“Bu isə sabit makroiqtisadi mühit, rəqabətədavamlı vergi sistemi, gömrük prosedurlarının sadələşdirilməsi deməkdir. Amma biz anlayırıq ki, investisiya boşluğunu doldurmaq üçün xarici birbaşa investisiyalar ilə ciddi işləməli və ölkəmizə xarici investisiyalar cəlb etməliyik”.
Baxış sayı:31
Bu xəbər 22 Sentyabr 2025 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















