Icma.az
close
up
RU
Azərbaycanda sərt qışkeçəcəyi iddiasına reaksiya

Azərbaycanda sərt qışkeçəcəyi iddiasına reaksiya

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

Gülşad Məmmədova: “Bəzi dövrlərdə hava şəraitinin şaxtalı və qarlı keçməsi istisna olunmur, amma...”

2025-ci ildə qışın sərt keçəcəyi barədə məlumatlar verilir. Bu proqnozlar müxtəlif beynəlxalq təşkilatlar və mütəxəssislər tərəfindən açıqlanıb. Bəzi təxminlərə görə, 2024-2025 qışında La Nina hadisəsinin təsiri ilə daha soyuq hava şəraiti olacaq. Bu hadisə, əsasən, Şimali Amerikada və Avropanın bəzi hissələrində daha soyuq və qar yağışlarının çox olmasına səbəb ola bilər. La Nina okeanlardakı temperatur anomaliyaları ilə əlaqələndirilir və bu, şimal ölkələrinə daha soyuq hava və qarlı qış gətirə bilər.

Məlumat üçün deyək ki, La Nina Sakit okeanda yaranan və tropik Sakit okeanda dəniz səviyyəsinin adi vəziyyətdən daha soyuq olduğu iqlim hadisəsidir. Bu fenomen okeanların temperaturunda dəyişikliklərə səbəb olaraq, dünyanın müxtəlif bölgələrində hava şəraitini dəyişir. Məsələn, La Nina hadisəsi Şimali Amerika və Avropada daha soyuq və qarlı qışların olmasına səbəb ola bilər, bu da temperaturun daha da düşməsi və müxtəlif hava şəraitinin yaranması ilə nəticələnir.

La Nina El Nino hadisəsinin ziddidir və bu fenomen okeanlardakı soyuq su axınlarının güclənməsi ilə xarakterizə olunur. Bu dəyişikliklər hava axınlarını dəyişdirir, nəticədə bəzi bölgələrdə daha çox yağış, qar və ya daha soyuq hava müşahidə edilir.

Bundan əlavə, The Old Farmer’s Almanac-ın verdiyi məlumata görə, 2024-2025 qışında Şimali Amerikanın bəzi regionlarında temperatur aşağı düşəcək, xüsusilə yanvarın sonu və fevralın əvvəllərində daha sərt soyuq hava müşahidə olunacaq. Eyni zamanda, Şimali Amerikada və Şimali Avropada La Nina təsiri ilə qar yağışı artacaq.

Bütün bu məlumatlara əsasən, 2025-ci ilin qışı dünya miqyasında sərt hava şəraiti ilə keçə bilər.

2025-ci ildə Azərbaycanda da qışın sərt keçəcəyi barədə müxtəlif proqnozlar var. Ekoloqlar soyuq hava dalğalarının, güclü qar yağışlarının və aşağı temperaturun baş verməsinin ehtimalını qeyd edirlər. Onlar beynəlxalq iqlim proqnozlarına əsaslanaraq, sərt qış şəraitinin yaranacağını bildirirlər.

Bu proqnozların iqlim dəyişiklikləri və atmosfer şəraitinin dəyişməsi ilə əlaqəli olduğu vurğulanır. Lakin hava şəraiti yerli iqlim faktorlarından da asılı olduğundan, hər bir bölgədə vəziyyət fərqli ola bilər.Gülşad Məmmədova

Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova mövzu ilə bağlı a fikirlərini bildirib. O, ilk olaraq ölkədə növbəti günlərdə və dekabrda gözlənilən hava şəraiti ilə bağlı fikirlərini açıqlayıb: “Noyabrın 30-da Bakıda və Abşeron yarımadasında, eləcə də bölgələrdə hava şəraitinin dəyişkən-buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Yalnız Lənkəran - Astara zonasında arabir yağıntılı hava şəraiti müşahidə olunacaq. Lənkəran - Astara zonasının ayrı-ayrı yerlərində yağıntıların leysan xarakterli olacağı, dağlıq ərazilərdə qar yağma ehtimalı var. Lakin dekabrın 1-i gündüz saatlarından bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunacaq. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli olacağı ehtimal olunur. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında günorta saatlarında 9-12 dərəcə isti, Aran rayonlarında 8-13, dağlıq ərazilərdə isə 2 dərəcə şaxtadan 3 dərəcəyə qədər soyuq olacaq”. 

Gülşad Məmmədova əlavə edib ki, fəsillik proqnozlara əsasən bu ilin qış fəslində Azərbaycanda havanın ota temperaturu çoxillik normaya yaxın və normadan 0,5-1  dərəcə yüksək, yağıntının miqdarı isə normaya yaxın və bəzi yerlədə bir qədər az olacağı proqnozlaşdırılır: “Lakin Azərbaycanda çoxillik meteoroloji məlumatların təhlili göstərir ki, qış fəslinin iqlim xüsusiyyətlərinə görə adətən yanvar və fevral aylarında ölkə ərazisi daha tez-tez soyuq arktik hava cərəyanlarının təsirinə məruz qalır, buna görə də qış fəslinin nisbətən mülayim keçəcəyi gözlənilsə də, bəzi dövrlərdə hava şəraitinin şaxtalı və qarlı keçməsi istisna olunmur.

Fəsillik proqnozlar - uzun illəri, böyük əraziləri əhatə edən hava müşahidə məlumatlarının analizi və elmi tədqiqat əsasında hazırlanan mövsümlər üzrə ilkin hava durumu ssenariləri olaraq Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) Regional iqlim mərkəzləri (Avropa Ortamüddətli Proqnozlar Mərkəzi - ECMWF, ABŞ-ın Beynəlxalq Tədqiqatlar institutu - IRI, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı - APEC Climate Center və s.) tərəfindən yayımlanır".

Qurum təmsilçisinin dediyinə görə, dekabr ayında havanın orta temperaturunun iqlim normasına yaxın olacağı, yağıntıların miqdarı isə iqlim normasına yaxın, ayrı-ayrı rayonlarda bir qədər çox olacağı gözlənilir./yeni musavat/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://news24.az
archiveBu xəbər 05 Dekabr 2024 22:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see305

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see293

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see281

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see263

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see251

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see243

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see234

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see234

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see229

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see226

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see219

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see209

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see194

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see187

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see187

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see182

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri