Azərbaycanda şirkət rəhbərinin əmlaklarına həbs qoyuldu
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanda iş adamı Paşa Vəkilsoyun ölkədən çıxışına “stop” qoyulması üçün məhkəməyə təqdimat verilib.
Bakıvaxtı.az-ın Teleqraf-a istinadən məlumatına görə, təqdimata səbəb P.Vəkilsoyun 30 700 manat aliment borcunun yaranmasıdır.
Məhkəmə təqdimatı təmin etməyib.
O da məlum olub ki, aliment borcunun ödənilməsi üçün P.Vəkilsoyun bir sıra əmlaklarına həbs qoyulub.
Bunlar “Dodge Durango” markalı avtomobil, Masallı rayonu Mikanku kəndində yerləşən, 1,9498 ha torpaq sahəsi, o cümlədən Maştağa və digər ərazilərdə yerləşən fərdi yaşayış evləridir. Bundan başqa, Paşa Vəkilsoy bir dəfə də aliment borcunu ödəmədiyi üçün 500 manat cərimələnib.
Qeyd edək ki, Paşa Vəkilsoyun “Palmali” şirkətlər qrupuna daxil olan “Armada Voyager Three” rəhbəri olduğu bildirilir. O, hər ay 2000 manat aliment ödəyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 30 Dekabr 2025 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















