Azərbaycanda şirkət təzə göyərti yə görə cərimələndi 2 milyon borcu üzə çıxdı
Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya Federasiyasına göndərilmiş "təzə göyərti" yükünə görə şirkət cərimələnib.
Qaynarinfo-nun məlumatına görə, Dövlət Gömrük Komitəsi "North-South Stream" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində İnzibati Xətalar Məcəlləsinin 483-cü (xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) maddəsi ilə protokol tərtib edib və işə məhkəmədə baxılıb.
Məhkəmədə məlum olub ki, şirkət iki il əvvəl Rusiya Federasiyasına göndərilmiş "təzə göyərti" yükünün müqabilində ödənilməli olan 3921,90 ABŞ dolları vəsaiti Azərbaycanda müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməyib.
Məhkəmənin hökmü ilə "North-South Stream" MMC nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti 3921,90 ABŞ dolları xarici valyuta dəyərinin 30 faizi məbləğində, yəni 1177 dollar (dolların ödəniş gününə qüvvədə olan məzənnəsinə uyğun Azərbaycan manatı ilə) cərimə olunub.
Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan şirkətin 2024-cü ildə "Cənub Aqropark" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) adı ilə fəaliyyət göstərib. Şirkət 2019-cu ilin fevral ayında yaradılıb. İlk qanuni təmsilçisi Rzayev Fərid Səttar oğlu olub. Daha sonra Pulatov Pulat Nazifoviç, Qarayev Hüseyn Fazil oğlu, Qəhrəmanov Fuad Əhliman oğlu, Şəfiyeva Nailə Əhəd qızı olub, hazırkı qanuni təmsilçisi isə Novruzəliyev Bəhruz Zirəddin oğludur.
"North-South Stream" MMC-nin hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 1964822.29 AZN vergi borcu var.
Aydın
Baxış sayı:31
Bu xəbər 09 Yanvar 2026 18:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















