Icma.az
close
up
RU
Azərbaycanda şok hadisə: Küçədən tapdığı səkkiz yaşlı uşağı zorla diləndirdi

Azərbaycanda şok hadisə: Küçədən tapdığı səkkiz yaşlı uşağı zorla diləndirdi

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Bakıda valideyn himayəsindən məhrum edilən azyaşlını zorla diləndirən şəxsə hökm oxunub.

Yenisabah.az Modern.az-a istinadən xəbər verir ki, İlqar adlı şəxs 2017-ci il təvəllüdlü, valideyn himayəsindən məhrum qalan Nihadı (ad şərtidir - red.) 2023-cü ilin sentyabrından 2024-cü ilin yanvarınadək nəzarəti altında saxlayaraq küçələrdə dilənməyə məcbur edib.

Məlumata görə, İlqar azyaşlını 2023-cü ilin sentyabrında Qaraçuxur qəsəbəsində küçədən apararaq evində saxlayıb və onu dilənçiliyə məcbur etmək üçün hədə-qorxu ilə psixoloji təzyiq göstərib. Marqarita pizza

Uşaqdan gündə 30-120 manat arası pul tələb edən İlqar verdiyi "tapşırıqları" eləmədiyi üçün azyaşlını döyüb, siqaret kötüyü ilə yandıraraq işgəncə verib.

Azyaşlı məhkəmədə ifadəsində bildirib ki, qazandığı bütün pulları İlqar əlindən alıb, müqavimət göstərdikdə isə döyülüb. Hadisənin şahidləri də uşağın dəfələrlə avtomobillərə yaxınlaşıb pul istədiyini, sonra isə həmin pulları İlqara verdiyini təsdiqləyiblər. Bəzi sürücülər isə uşağın "İlqar əmi məni döyəcək" deyə kömək istədiyini ifadələrində qeyd ediblər.

2024-cü ilin yanvarında Sabunçu rayonu, Zabrat qəsəbəsində marketin qarşısındakı işıqforun yanında dilənən Nihad sürücülərdən birinə kömək üçün yalvarıb. Həmin şəxs dərhal polisə məlumat verib və bundan sonra əməliyyat tədbirləri nəticəsində azyaşlı sığınacağa yerləşdirilib.

İlqar isə ittihamı qəbul etməyərək, sadəcə kirayədə yaşadığını və uşağa nəzarət etməyi xahiş olunduğunu deyib. Lakin məhkəmə şahid ifadələri, polis araşdırması və ekspertiza rəylərini əsas götürərək onun günahını sübuta yetirilmiş hesab edib.

İlqar Cinayət Məcəlləsinin müvafiq maddəsi (144-2.2.3 - məcburi əmək, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 23 Avqust 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see148

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri