Icma.az
close
up
RU
Azərbaycanda son 14 ildə orta ömür yaşı 74 ə yüksəlib BMT yeni statistika paylaşıb FOTO

Azərbaycanda son 14 ildə orta ömür yaşı 74 ə yüksəlib BMT yeni statistika paylaşıb FOTO

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Orta ömürdə sonuncu, pensiya yaşında birinci olan Azərbaycan Avropada insanların ən az ömür yaşadağı ölkədir.

BMT dünya ölkələrində əhalinin uzuömürlük göstəriciləri ilə bağlı yeni statistika paylaşıb.

 Gununsesi.info xəbər verir ki, Azərbaycanın da aid olduğu Avropa qitəsində ən uzunömürlülərin yaşadığı ölkə İsveçrədir.

İnsan inkişafı, həyat səviyyəsi ilə bağlı bir statistikalara başçılıq edən bu ölkədə insanlar orta hesabla 84 il yaşayır. Digər Skandinaviya ölkələri, həmçinin İspaniya da bu siyahının liderlərindən sayılır. Onu İtaliya (83,7 il) və Malta (83,6 il) izləyir. BMT statistikasına görə, 74.6 yaşı ilə Azərbaycan siyahıda ən qısa ömür müddətinə malikdir. Bu sahədə qonşularımız Türkiyə, Gürcüstanda və Ermənistanda vəziyyət qismən yaxşıdır. Gürcüstanda orta ömür uzunluğu Avropa İttifaqından 7 il azdır -75 il. Türkiyədə orta ömür 77,8 il, Ermənistanda isə 75,8 ildir.  Azərbaycanla bağlı müsbət məqam ondan ibarətdir ki, son 14 ildə orta ömür yaşı 70-dən 74-ə yüksəlib.

Qeyd edək ki, BMT statsitkasında yer alan rəqəmlər Azərbaycanın Dövlət Statistika Komitəsinin açıqladığı gözlənilən orta ömür müddətindən yuxarıdır. Belə ki, ötən il Azərbaycanda doğulan oğlan uşaqları üçün gözlənilən ömür uzunluğu 73.5 il, qızlar üçün isə 78.4 il müəyyən edilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə Azərbaycanda dünyasını dəyişən insanların 41,8 faizinin yaşı 65-dən aşağı olub. Bu dövrdə ölən kişilərin yarıdan çoxu – 50,4 faizi pensiya yaşına (65 yaş) çatmayıb. Qadınlara gəldikdə, vəfat edənlərin 38 faizə yaxını 65 yaşdan az yaşayıb.

Pensiya yaşına gəldikdə, Azərbaycan bu statistikada orta ömür müddətindən fərqli olaraq lider mövqeyə malikdir. Belə ki, Azərbaycanda pensiya yaşı kişilərdə 65, qadınlarda 64 (qadınlarda hər il 6 ay artırılır) il müəyyən olunub. Gürcüstanda bu nisbət kişilərdə 65 qadınlarda 60, Ermənistanda kişilər üçün 63 qadınlarda 61, Türkiyədə kişilərdə 60, qadınlarda 58, İranda kişilər üçün 60, qadınlarda 55, Rusiyada 63, qadınlarda 58 yaşdır.

Elmar

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 15 Aprel 2025 21:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see415

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see282

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see228

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see172

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see163

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see163

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see161

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see147

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see142

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see137

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see136

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see131

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see123

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see123

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri