Icma.az
close
up
RU
Azərbaycanda son 15 ilin temperatur rekordu qırılacaq

Azərbaycanda son 15 ilin temperatur rekordu qırılacaq

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiyada, xüsusən Moskvada, yanvarın 9-da yağan qar son 56 ilin ən güclü şaxtası kimi rekord qırıb. Bəs, 2026 Azərbaycanda ən soyuq il ola bilərmi?

Hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov KONKRET.az-a açıqlamasında bildirib ki, Rusiyada baş verən bu rekord yağıntılar həqiqətən də qlobal iqlim dəyişikliyinin kəskin fəsadlarından biridir.

“Moskvada yanvarın 9-da qeydə alınan qar yağışı son 146 illik müşahidələr tarixində ən güclü 5 hadisədən biri kimi tarixə düşdü və son 50-56 ilin rekordlarını yenilədi. Moskvadakı rekord qarın birbaşa olaraq Azərbaycanın da eyni dərəcədə soyuq olacağı mənasına gəlmir. Çünki hava kütlələri Qafqaz dağları ilə qarşılaşdıqda öz fiziki xüsusiyyətlərini dəyişir”.

Ekspert qeyd edib ki, həm yerli, həm də beynəlxalq meteoroloji mərkəzlərin proqnozlarına əsasən (ECMWF və NOAA), 2026-cı ilin qışı Azərbaycan üçün ekstremal sərt deyil, daha çox dəyişkən keçəcəyi gözlənilir.

“Belə ki, yanvar ayında temperaturun iqlim normasından təxminən 0,5–1 dərəcə yüksək olacağı ehtimal edilir. Bu o deməkdir ki, ümumilikdə qışın çox sərt keçməsi gözlənilmir. Lakin Arktikadan gələn soyuq hava kütlələrinin təsiri ilə qısamüddətli (3-5 günlük) kəskin şaxtalar və qar yağması istisna deyil. Xüsusilə, fevral ayı çoxillik müşahidələrə görə ən soyuq ay hesab olunur”.

C.Hüseynov vurğulayır ki, 1969 və 1972-ci illər ölkəmizdə ən sərt və qarlı illər kimi tarixə düşüb.

“2012-ci ildə də Bakıda havanın minimal temperaturu -11°C-yə qədər enmişdi və Xəzər dənizinin sahilləri donmuşdu”.

İqlimşünas Məhərrəm Mehdiyev isə bildirdi ki, havalar bu cür davam edərsə, son 15 ilin temperatur rekordu qırıla bilər.

Aynurə İsmayıl
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://konkret.az
archiveBu xəbər 14 Yanvar 2026 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri