Icma.az
close
up
RU
Azərbaycanda son 6 ildə qeyri neft ixracı 2 dəfə artıb

Azərbaycanda son 6 ildə qeyri neft ixracı 2 dəfə artıb

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 23 dekabr, AZƏRTAC

Azərbaycanda həyata keçirilən ardıcıl sosial-iqtisadi islahatlar və qlobal iqtisadiyyata fəal inteqrasiya ölkədə biznes fəaliyyəti üçün geniş və əlverişli imkanlar yaradıb. İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft-qaz sektorunun prioritet istiqamət kimi inkişafı nəticəsində ixrac potensialı əhəmiyyətli dərəcədə genişlənib. Son 6 il ərzində qeyri-neft ixracı 2 dəfə artıb. Bu da ölkəmizin rəqabət qabiliyyətinin yüksəlməsinin göstəricisidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda deyib.

Nazir müavini qeyd edib ki, xarici sərmayədarların aktiv iştirakı ilə yaşıl enerji, kənd təsərrüfatı, sənaye, nəqliyyat və logistika, rəqəmsallaşma, turizm və digər sektorlarda ortaq layihələr həyata keçirilir: “Əldə olunan bu nəticələr beynəlxalq tərəfdaşlarla ticarət və investisiya əməkdaşlığının daha da dərinləşdirilməsi, yeni birgə layihələrin reallaşdırılması və uzunmüddətli iqtisadi tərəfdaşlığın inkişafı üçün geniş potensialın mövcud olduğunu göstərir”.

"Ölkə iqtisadiyyatında müşahidə olunan davamlı müsbət meyillər fonunda kredit reytinqimiz artıb, iki aparıcı beynəlxalq reytinq agentliyi (2024-cü ildə “Fitch Ratings” və 2025-ci ildə isə “Moody’s Ratings”) tərəfindən ölkəmizin suveren kredit reytinqi investisiya dərəcəsinə yüksəlib. Bu mühüm nəticələr Azərbaycanın makroiqtisadi sabitliyinə, fiskal dayanıqlılığına və institusional islahatların davamlılığına beynəlxalq maliyyə bazarlarının artan etimadının bariz göstəricisidir və ölkəmizi uzunmüddətli investisiyalar üçün daha cəlbedici edir", - deyə S.Bəşirli diqqətə çatdırıb.

Nazir müavini bildirib ki, Azərbaycan iqtisadiyyatının diversifikasiya, innovasiya və transformasiyaya sadiqliyi xarici, o cümlədən Türkiyədən olan investorlar üçün geniş perspektivlər vəd edir: "Nəzərinizə çatdırmaq istərdim ki, ölkəmizdəki sənaye zonalarında sahibkarlığın inkişafına əlverişli şərait yaradılıb və rezidentlər üçün stimullaşdırıcı tədbirlər görülür. Bu imtiyazlara 10 il müddətinə müxtəlif vergilərdən və gömrük rüsumlarından azadolma və digər stimullaşdırıcı güzəştlər daxildir. Bununla yanaşı, sözügedən zonalar dövlət vəsaiti hesabına müasir infrastrukturla təmin edilib. Ələt Azad İqtisadi Zonası isə həm innovativ və ixracyönümlü məhsul istehsalı, həm də regional logistika baxımından yeni perspektivlər açır. Bir sıra yeni qurulmuş müəssisələr məhsullarını artıq ixrac edir. Bu dinamika sənaye parklarının ixracyönümlü istehsal mərkəzləri kimi formalaşdığını, eyni zamanda, Azərbaycan-Türkiyə sənaye əməkdaşlığının real iqtisadi nəticələr verdiyini aydın şəkildə nümayiş etdirir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Dekabr 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see294

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see285

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see277

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see259

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see243

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see236

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see189

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see175

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see171

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see165

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri